# 2 il əvvəl

Trendyol-dan uşaq geyimləri sifarişi

Trendyol-dan uşaq geyimləri sifarişi artıq çox rahatdır

Son həftələrdə TL-nin dəyər itirməsi ilə insanlar toplu şəkildə Türkiyədən alış-veriş etməyə başladılar. Bir çox insanın yaxından maraqlandığı və istifadə etdiyi Trendyol-dan, uşaq geyimləri sifarişi zamanı hansı markaların mağazalarına baş çəkməyin daha sərfəli və keyfiyyət baxımından digərlərindən daha yaxşı olduğunu bilmiş olacaqsınız.

Uşaqların dərisi böyüklərlə müqayisədə daha həssas olduğu üçün hər mövzuda olduğu kimi geyim mövzusunda da valideynlər onlar üçün ən yaxşısını istəyir. Buna görə siyahıya aldığımız markalar digər markalara nəzərən daha çox müştəri məmnuniyyəti əldə etmiş markalardır.

Defacto

Qadın və kişi geyimləri ilə yanaşı uşaq geyim markaları arasında da öz yerini qoruyub saxlayan Defacto, bot və ayaqqabılardan tutmuş, köynək, şalvara qədər yüzlərlə çeşid məhsulla sizə zəngin bir mağaza təklif edir. Cibinizi yandırmayacaq dərəcədə qiymətlərə də sahib olan Defacto, sizə keyfiyyətli məhsulları münasib şəkildə təqdim edir.

Civil

Uşaq geyim markası deyildiyi zaman ağıla gələn ilk markalardan biridir Civil. Təqdim etdiyi məhsul çeşidləri arasında gecə paltarları, yeni doğulmuş körpələr üçün olan geyimlər və daha çoxu var. Qiymət və keyfiyyət tərəfdən də baxdığımız zaman da olduqca münasib və keyfiyyətli məhsullara sahib olduğunu görürük. 25-ci ilini tamam etdiyi üçün endirimli qiymətlər kampaniyasına hal-hazırda davam edir.

Koton Kids

Daha çox qadın geyimləri ilə tanınan Koton, eyni zamanda məhsul çeşidləri arasına uşaq geyimlərini də əlavə etmişdir. Uşaq geyim markası deyildiyi zaman ağıla gələn ilk markalardan olmasa da, məhsulları keyfiyyət baxımından olduqca üst səviyyədədir. Keyfiyyətlə yanaşı, qiymət cəhətdən də münasib qiymətlərə sahibdir.

MANGO Kids

Uşaq geyimləridir deyib keçməyən marka olaraq Mango, köynəklərdən tutmuş şalvarlara qədər istehsal etdiyi məhsullara xüsusi dizaynlar verərək görünüşə də önəm verdiyini göstərmiş olur. Geyimlərlə yanaşı, aksesuar axtarışında olanlar Mango mağazalarına baş çəkə bilərlər.

Siz istədiyiniz məhsulu seçin, gerisini KargoLux-a həvalə edin. Sürətli çatdırılma, sərfəli qiymətlər və operativ müştəri xidmətləriylə karqo verməkdən zövq alacaqsınız.