# 10 ay əvvəl

Müştərilərin nəzərinə!

Dəyərli müştərilər, artıq trendyol.com saytına daxil olarkən qarşınıza 2 seçənək çıxacaqdır. 1. Azerbaycan adresindən təslim al 2. Türkiyə adresindən təslim al.

Kargolux.az ilə həmişəki kimi sifariş etmək üçün siz TÜRKİYƏ ADRESİNDƏN TƏSLİM AL'ı seçməlisiniz.

Bəs Kargolux.az ilə Trendyolun çatdırılması arasında nə fərq var? 

  1. Trendyol özü çatdırarkən bir çox markaları( Mango, Pull&bear, Stradivarius ve s) Azerbaycana çatdırılma edə bilmir. Ancaq Siz kargolux.az ilə sifariş edə bilərsiniz.
  2. Trendyol Sprey, parfum kimi kosmetik mehsullari, o cümlədən bataryalı məhsulları çatdırmır. Ancaq kargolux.az ilə siz məhdudiyyət olmadan sifariş edə bilərsiniz.
  3. Trendyoldan aldığınız məhsul satıcıdan qaynaqlanan vəya fabrik defektli olarsa belə, geri iadə edə bilməzsiniz ancaq kargolux.az ilə bəyənmədiyiniz məhsulun iadəsi mümkündür.
  4. Bunlardan əlavə, Trendyol 15 gün bağlamanızı türkiyədə saxlayır, beyan etmədiyiniz zaman bağlamanızı sizə göndərmir, pulunuzu iadə etmir. Ancaq kargolux.az ilə siz 60 gün müddətində bağlamanızı saxlaya bilərsiniz.Bütün bağlamalarınız güvəndədir.
  5. Trendyol sizə ən sürətli 6 gün ərzində çatdırılma təklif edir, ancaq kargolux.az ortalama il üzrə 3 günə bağlamaları müştəriyə təhvil verir.
  6. Son olaraq isə Trendyol hələki açılışa özəl endirimli qiymətlə bağlamalarınızı çatdırma təklif edir. Yaxın zamanda çatdırılma qiyməti yüksək olacaq. Ancaq bu halda belə 500qramdan az olan məhsullarınızı kargolux.az daha ucuz daşımış olur. Beləki misal sizin bağlamanız 100qram olarsa trendyol 3.08 USD kargolux.az 0.90 USD, bağlamanız 230qram olarsa trendyol 3.08 usd, kargolux.az 1.90 usd, bağlamanız 450 qram olarsa trendyol 3.08 usd, kargolux.az 2.90 usd.

2 illik fəaliyyətimiz əsasında 300 mindən çox bağlama daşınması həyata keçirmişik. Statistika onu göstərirki sifariş edilən bağlamaların 70%i 500qramdan azdır. Məhz bu göstəricilər sizə hansi sifarişinizdə nəyi seçməyinizə köməklik eləmiş olacaqdır.

Yuxarda qeyd etdiyimiz üzrə,  Kargolux.az ilə həmişəki kimi sifariş etmək üçün siz TÜRKİYƏ ADRESİNDƏN TƏSLİM AL'ı seçməlisiniz. Əgər siz yanlışlıqla Azərbaycandan təslim al seçmisinizsə bu zaman, “Hesabım”a daxil olub ən üst hissədə təslimat ölkəsini “Türkiyə” edə bilərsiniz. Türkiyə seçdikdən sona öncə əlavə etdiyiniz adresimiz görünəcəkdir.