# 6 ay əvvəl

Trendyolda 11.11 Super Endirim Günləri başlayır

Noyabr ayı alış-veriş həvəskarları üçün xüsusi həyəcan deməkdir, çünki bu ay endirim marafonunun başladığı aydır. Trendyolda hər il olduğu kimi noyabrda başlayan 11.11 Super Endirim Günləri bu il də aktiv olacaq.

 

Bəs, 11.11 Super Endirim Günləri niyə bu qədər vacibdir?

 

Əvvəla, 11.11, yəni 11 noyabr bir çox mağazaların, xüsusən də e-ticarət platformalarının müxtəlif endirimlər etdiyi tarixdir. Müvafiq olaraq, Trendyol da bu 6 gün ərzində - 11.11 Super Endirim Günlərində müştərilərini sevindirməyə davam edir. 

 

11.11 Super Endirim Günləri nə zaman olacaq?

 

Trendyolda 11.11 Super Endirim Günləri nooyabr ayının 7-də başlayır və 6 gün davam edərək 12 noyabrda sona çatır. Buna görə də seçdiyiniz, bəyəndiyiniz və favoritlərə əlavə etdiyiniz məhsulları ayın 12-dək sifariş etməyə tələsin!

 

Sifarişləri necə tamamlayaq?

Trendyoldan Azərbaycana birbaşa sifarişləri “KargoLux”a məxsus olan gəl-al nöqtələri ilə tamamlaya bilərsiniz.

Bunun üçün ilk öncə səbəti təsdiqləmək və açılan pəncərədə “KargoLux”a məxsus olan “Gəl al” nöqtələrini seçməklə sifarişinizi tamamlamaq kifayətdir.

Sifariş addımları ilə daha detallı tanış olmaq üçün keçiddən istifadə edərək videoya nəzər sala bilərsiniz.