# 5 ay əvvəl

Trendyoldan birbaşa sifarişlərdə gömrük bəyənnaməsi

Bildiyimiz kimi artıq 2 ildən artıqdır ki, 2021-ci il yanvar ayının 1-dən etibarən yəni Xarici ölkələrdən etdiyiniz sifarişləri Gömrük komitəsinə bəyan etmək məcburidir. 

 

Bəs Trendyoldan birbaşa sifariş edilən məhsulların bəyan edilməsi necə və nə zaman olur?

 

Bu suala cavab tapmaq üçün ilk olaraq bağlamanızı nə zaman bəyan edəcəyinizi bilməlisiniz. Bunun üçün Trendyolda bağlamanızı asanlıqla izləyə bilərsiniz. 


Qeyd edək ki, bağlamanızın bəyan edilməsi üçün ilk öncə bağlamanız xarici transfer mərkəzinə - xarici anbara çatmalıdır. 

 

Trendyoldan birbaşa sifarişiniz bu mərhələyə çatdıqda siz yerli karqo şirkəti tərəfindən, eləcə də Trendyol tərəfindən məlumat xarakterli e-mail və qısa mesaj alacaqsınız.

 

Bu mesajdan sonra məhsulunuzu bəyan etməyiniz mütləqdir.

Trendyoldan birbaşa sifarişlərdə məhsulun bəyan edilməsi hansı addımlardan ibarətdir?

 

Smart Customs tətbiqində sifarişləri bəyan etmək üçün Azərbaycan Dövlət Gömrük Komitəsi tərəfindən müəyyən edilmiş qaydaları izləmək lazımdır. Bu addımlar aşağıdakı kimi izah olunur:

  • 1. Bağlama izləmə nömrəsi (tracking id): Sifarişin izlənmə nömrəsini daxil edərək bəyan etmə prosesinə başlayırsınız. Bu məlumatlar sistem tərəfindən avtomatik formada doldurulmuş olacaqdır.

  •  
  • 2. Daşıyıcı şirkət, Göndərən ölkə, Satıcı (alış ünvanı): Bu məlumatları daxil etmək mümkündür, amma əksər ehtimallarda onlar da avtomatik olaraq doldurulmuş olacaqdır.

  •  
  • 3. Məhsulun əlavə edilməsi: "Yeni mal əlavə et" butonuna klik edərək bağlamada olan məhsulları bəyənnaməyə əlavə etməlisiniz. Hər bir məhsul üçün məhsulun adı, kateqoriyası, qiyməti və miqdarı kimi tələb edilən bütün  məlumatları detallı şəkildə düzgün daxil etməlisiniz.

  •  
  • 4. Məhsulun invoys qiyməti: Hər bir məhsul üçün invoys qiymətini və valyutasını qeyd etməlisiniz.

  •  
  • 5.Bəyənnamənin təsdiqi: Bütün mərhələləri tamamladıqdan sonra, məlumatların doğruluğunu təsdiqləmək və bəyənnaməni təsdiq etmək üçün tətbiqdə göstərilmiş təlimatlara əməl etməlisiniz​.

  •  

 

Qeyd edək ki, Yanvarın 1-dən etibarən fiziki şəxslər tərəfindən poçt göndərişləri və daşıyıcı şirkətlər vasitəsilə xaricdən edilən sifarişlərin "Smart Customs" tətbiqi ilə bəyan edilməsi məcburidir. Bütün bu proseslər Dövlət Gömrük Komitəsinin rəsmi internet səhifəsində və sosial şəbəkələrdəki hesablarından tətbiqdən məlumat ala bilərsiniz​.