# 2 il əvvəl

Trendyol-dan sifariş və çatdırılma

           Türkiyədən onlayn alış-veriş etmək istəyən hər kəsin seçimi ilk olaraq Trendyol alış-veriş platforması olur. Nəinki, Türkiyənin artıq dünyanın tanınmış onlayn alış-veriş saytlarından olan https://www.trendyol.com/  bütün kateqoriyalar üzrə zirvədədir. 

Trendyol onlayn alış-veriş platforması 2010-cu ildə qurulmuş və əsas məqsədi modanı hər kəs üçün əlçatan etməkdir. Bu məqsədlə irəliləyən markanın qiymətlərinin yetəri qədər uyğun olması bunun göstəricisidir. Büdcəsindən, yaşından və cinsindən asılı olmayaraq, hər kəsin bir nömrəli seçiminin Trendyol olmasının səbəblərindən biri də budur.

Trendyol - Online Alışveriş – Apper på Google Play

 Yarandığı dövrlərdə moda ilə yola başlayan Trendyol qısa bir zaman ərzində 3000-dən çox kateqoriya üzrə satışlara davam etmişdir. Moda, elektronika, ev, qida, ana-uşaq və kosmetika məhsulları daxil olmaqla onlarla kateqoriyada gün ərzində 1 milyondan çox məhsulu müştərilərinə çatdırır. Trendyol-un bu günə qədər 30 milyondan çox müştərisi olmuşdur və mobil tətbiqi ən çox endirilən tətbiqlərdən biridir.

Bu marka üçün vacib detallardan biri də satışa çıxarılan məhsulların keyfiyyətli olmasıdır. Satılan məhsulların orijinallığı və keyfiyyəti iki mərhələdən ibarət test ilə yoxlanılır. Yalnız bu testin hər iki mərhələsindən keçən məhsullar satışa buraxılır.

https://www.trendyol.com/ saytına daxil olduğunuz zaman səhifədə qarşınıza çıxan ilk xəbər endirimlə bağlı olacaqdır. Trendyol-da demək olar ki, hər gün qarşılaşacağınız bu endirimlər 3000-dən çox kateqoriya və minlərlə məhsulu əhatə edir. Münasib qiymət strategiyası ilə seçilən markanın məhsullarını endirimli qiymətlərlə əldə etmək daha da sərfəli olacaq. Təqdim olunan məhsulların stoklarının tez-tez yenilənməsinə baxmayaraq, çox sürətli tükənir. Trendyol onlayn alış-veriş platformasının digər özəlliklərindən biri isə daimi olaraq müştərilərlə əlaqə saxlanılmasıdır. Belə ki, endirimlər haqqında öncədən müştərilərə bildirimlər göndərilir və yeni kolleksiyalar haqqında məlumat verilir. Bundan əlavə siz əldə etdiyiniz məhsulu dəyərləndirə bilirsiniz. Sifariş etdiyiniz məhsuldan razı qalmısınızsa, bunu rəy bölməsində bildirə və ya 5 ulduz sistemi ilə dəyərləndirə bilirsiniz. Müştərilərin məhsullarla bağlı sualları onlayn olaraq sayt və ya tətbiq üzərindən tez bir zamanda cavablandırılır. Müştəri məmnuniyyəti nəzərə alınır, şikayətlərə və ya təkliflərə qısa zamanda geri dönüş edilir. Müştəriləri alış-veriş etməyə həvəsləndirmək üçün endirim kuponları təqdim etməsi, bayrama özəl kampaniyaların təşkil edilməsi saytın digər bir neçə özəlliyidir. 

Trendyol Group özü bir neçə ayrı platformadan ibarətdir. Trendyol Tech, Trendyol Express, Trendyol Go və Dolap bu sistemin bir parçasıdır.

Bəs https://www.trendyol.com/  alış-veriş platformasında hansı tanınmış markaların məhsullarını əldə edə bilərsiniz?

Bershka, Mavi, Pull-bear, LC Waikiki, Defacto, TrendyolMilla, Adidas, Lacoste, Puma, Nike, Hummel, IpekYol, Mango, Koton, Dilvin, Twist, Guess bu markaların sadəcə bir neçəsidir.

Trendyol İndirim Günleri | Özel Günler

 

https://www.trendyol.com/ 

Ən sevdiyiniz Türkiyə alış-veriş saytı olan https://www.trendyol.com/ saytından seçdiyiniz məhsulları aşağıdakı qaydada Kargolux-la sifariş edə bilərsiniz. İlk növbədə Trendyol-un saytından qeydiyyatdan keçərək özünüzə hesab yaratmalısınız. Daha sonra hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Əgər sifariş etmək üçün zamanınız yoxdursa, “sifariş et” xidmətimizdən yararlana bilərsiniz. Siz sadəcə linki yerləşdirirsiniz və biz sizin üçün məhsulu sifariş edirik. Sifariş verdiyiniz məhsul 3-5 gün ərzində yerli anbara daxil olur. 0.7 dollardan başlayan qiymətlərlə Türkiyədən onlayn sifarişləri gətirən yeganə karqo şirkəti Kargolux-dur və ən əsası maye və standart məhsul ayırmadan bütün məhsulları eyni tariflərlə çatdırır.