# 2 il əvvəl

Kargolux Mobil Tətbiqi istifadəyə verildi

Kargolux olaraq sizin üçün hər zaman ən yaxşısını etməyə çalışırıq. Sizə mükəmməl xidmət göstərmək və müştəri məmnuniyyətini artırmaq məqsədilə Kargolux mobil tətbiqini sizə təqdim edirik. Durmadan yeniliklər ilə qarşınızda olan Kargolux bu dəfə müştərilərinin rahatlığını düşünərək, Kargolux mobil tətbiqini sizin istifadənizə verir. 

Kargolux mobil tətbiqinin üstünlükləri nələrdir? 

Kargolux mobil tətbiqini telefonunuza yükləyərək və istifadə edərək bir çox funksiyalardan rahatlıqla istifadə edə biləcəksiniz. 

Mobil tətbiqin əsas üstünlüklərindən biri bildirim funksiyasının olmasıdır. Bu o deməkdir ki, mobil tətbiqdən istifadə zamanı siz ən son yeniliklər, kampaniyalar və endirimlərdən xəbərdar olacaqsınız. 

Kargolux mobil tətbiqində sizin adınıza olan bağlamaların statusu haqqında məlumat əldə edə biləcəksiniz. Bağlamanız xarici anbara daxil olduqda, yola salındıqda və yerli anbara gəlib çatdıqda bu barədə birbaşa olaraq mobil tətbiq üzərindən sizə məlumat göndəriləcək. 

Digər üstünlüklərindən biri isə odur ki, balansınıza nəzarət edə biləcəksiniz. Balansınızı onlayn şəkildə artıraraq daşınma haqqını mobil tətbiq üzərindən ödəmə imkanınız olacaqdır. 

Kuryer sifarişi bölməsi isə bağlaması yerli anbarda olan lakin onu ofisdən götürə bilməyən müştərilərimiz üçün xüsusi olaraq fəaliyyət göstərəcək. Belə ki, siz kuryer sifariş edəcəksiniz bizim sürətli kuryerlərimiz isə qapınıza kimi bağlamanızı çatdıracaqdır. 

Bundan əlavə mobil tətbiqimizdə tariflər, çatdırılma ödənişi və xaricdəki ünvanlarımız haqqında da məlumat əldə edə biləcəksiniz. 

 

Kargolux hər zaman xidmətinizdədir!