# 2 il əvvəl

Smart Customsda bəyan etmək vacibdir

Dəyərli müştərilər, bildiyiniz kimi sifariş edilən məhsulların Gömrük yoxlamasından rahatlıqla keçə bilməsi üçün bəyannamə imzalamaq çox vacibdir. Belə ki, sifariş etdiyiniz məhsul Kargolux-un xarici anbarına daxil olduqdan sonra, mütləq şəkildə Smart customs tətbiqi və ya https://e.customs.gov.az/ saytında həmin məhsulu bəyan etməlisiniz.

Bu proses necə həyata keçirilir?

Belə ki, əgər siz daha əvvəl Smart Customs tətbiqi və ya https://e.customs.gov.az/ saytından qeydiyyatdan keçməmisinizsə, ilk öncə bu prosesi həyata keçirməlisiniz.

Belə ki, Smart Customs tətbiqi və ya https://e.customs.gov.az/ saytından “Asan login” hissəsinə daxil olaraq, “İdentifikasiya nömrəsi” bölməsinə daxil olursunuz. Açılan səhifədə “Qeydiyyat” butonuna klik edirsiniz.
Mobil nömrə ilə qeydiyyat bölməsinə tıklayırsınız. Mobil nömrəniz mütləq şəkildə öz adınıza olmalıdır. Əgər nömrəniz öz adınıza deyilsə, “Video qeydiyyat” bölməsinə klik edib müvafiq prosedurları keçərək qeydiyyatınızı bitirə bilərsiniz.

Qeydiyyatınızı tamamladıqdan sonra, xarici anbarımıza daxil olan bağlamanızı bəyan etməlisiniz ki, heç bir problem yaranmadan daşınması həyata keçirilsin.

Smart Customsdan bəyan edilən bağlamalar 3-5 gün ərzində sürətli çatdırılma ilə əlinizdə olacaq.