# 1 il əvvəl

"Qızmar yay" kampaniyası

Türkiyədən sifarişləri Kargolux-la verməyin zamanı gəldi!


Bu dəfə "Qızmar yay" kampaniyası ilə gəldik! Artıq Türkiyədən sifarişləriniz "1kq=3.2$" tarifi ilə çatdırılacaq! Belə ki, kampaniyaya görə 1kq=3.7 $ tarifi  1kq=3.2$ tarifi ilə əvəz edildi. Yay alış-verişi üçün bundan əla fürsət ola bilərmi?! Təbii ki, bizim kampaniyamızdan sərfəlisi ola bilməz. Odur ki, sezonun ən trend yay geyimlərini, aksesuarlarını və digər kateqoriyada olan məhsulları bizimlə sifariş edin, "Qızmar yay kampaniyası" sizin də işinizə yarasın!
Möhtəşəm tarifimiz ilə səbətiniz dolu, sifarişiniz bol olsun!

Kargolux-da kampaniyalar bitməz!

Türkiyədən sifariş dedikdə, alış-veriş sevənlərin sevimli karqo şirkəti olan Kargolux yada düşür. Sürətli formada sifarişlərinə qovuşmaq istəyən hər kəsin seçimi Kargolux olmalıdır. Çünki biz sürətimizə sürət qatırıq. Türkiyədən çatdırılma artıq həftədə 3 dəfə olacaq! “Sifariş et” xidməti isə vaxtına qənaət etmək istəyənlərin köməyinə çatacaq. Sifariş etməyə zamanınız yoxdursa, bir toxunuşla seçdiyiniz məhsulun linkini bizə göndərin və biz sizin üçün sifariş edək. 

Kargolux sizin üçün məhsulları kateqoriyaya bölmədən, yəni,  standart və maye məhsula ayırmadan 0.7 dollardan başlayan tariflərlə çatdıracaq. Hal-hazırda davam edən “1kq=0.90$” kampaniyasından hələ də faydalanmamısınızsa, fürsəti qaçırmamalısınız. Qeydiyyatdan keçin, sifariş edin və ilk sifarişiniz “1kq=0.90$” tarifi ilə çatdırılsın. 

Sifarişinizi Kargolux-la güvəndə saxlayın!

Sifarişlərinizi Kargolux-la vermək və sürətli çatdırılma ilə əldə etmək istəyirsinizsə, ilk olaraq sifarişinizi verdiyiniz Türkiyə alış-veriş platformasından qeydiyyatdan keçməlisiniz. Daha sonra, Kargolux-un sizin üçün qeyd etdiyi xarici anbar ünvanını qeydiyyatdan keçdiyiniz saytın ünvan bölməsinə yazmalısınız. Sifariş etdiyiniz məhsul xarici anbarımıza daxil olduqdan sonra isə mütləq şəkildə “Smart Customs” tətbiqində bağlamanızı bəyan etməlisiniz. Bundan sonra, bağlamanız yola salınır və 2-3 iş günü ərzində yerli anbara daxil olur.

 

Çatdırılma ilə bütün suallarını bizə instagram üzərindən və əlaqə bölməsindən ünvanlaya bilərsiniz.