# 1 gün əvvəl

Pull&Bear İspaniyadan Sifariş-Kargolux ilə Təlimat 2025

Avropa modası və trend geyimlər sevənlər üçün əla xəbər! İspaniyanın məşhur brendi Pull&Bear-dən artıq Azərbaycana rahat sifariş vermək mümkündür. Kargolux kargo xidməti sayəsində İspaniya mağazalarından etdiyiniz alış-verişlər birbaşa qapınıza çatdırılır. Bu məqalədə Pull&Bear-dən necə sifariş vermək, Kargolux ünvanını necə istifadə etmək və bağlamanızı necə qəbul etmək barədə hər şeyi öyrənəcəksiniz.

 

Sözügedən nümunə prosesi Instagram səhifəmizdə olan paylaşımımız ilə həyata keçirə bilrəsiniz:
https://www.instagram.com/p/DRyxeNlFW8o/

 

İspaniya Pull&Bear-dən Necə Sifariş Etmək Olar?

1. Kargolux-da qeydiyyat edin və İspaniya ünvanınızı alın

İlk addım Kargolux-da qeydiyyatdan keçməkdir. Qeydiyyatdan sonra sistem sizə İspaniya anbar ünvanı təqdim edir.
Bu ünvanı Pull&Bear checkout mərhələsində “delivery address” kimi daxil edəcəksiniz.

Kargolux nə edir?
— Məhsulu İspaniya anbarında qəbul edir
— Etiketləyir
— Azərbaycana çatdırır

Bu, həm rahatdır, həm də 100% qanuni və rəsmi yükdaşıma prosesidir.

2. Pull&Bear İspaniya saytına daxil olun

Rəsmi sayt: https://www.pullandbear.com daxil olub ölkə olaraq İspaniya və dil olaraq İngilis dili seçimini edirsiniz.

 

Daha sonra axtardığınız məhsulları seçirsiniz.İstər paltar, istər çanta, istər ayaqqabı — bütün məhsulları eyni qayda ilə sifariş edə bilərsiniz.

3. Məhsulu səbətə əlavə edin

Ölçü, rəng və sayı seçdikdən sonra “Add” edin.Səbətinizə əlavə edin.



 

Səbətə əlavə etdikdən sonra səbətə keçid edərək ‘Process order” düyməsinə klikləyin

ss order” düyməsinə klikləyin.

Daha sonra açılan yeni səhifədə “without registering” düyməsinə klikləyin.


Kliklədikdən sonra səhifədə olan “Home delivery” klikləyərək yeni məlumat doldurma hissəsinə keçid edəcəksiniz

4. Çatdırılma ünvanı bölməsinə Kargolux-un İspaniya ünvanını yazın

Bu ən kritik addımdır.

Pull&Bear yalnız İspaniya daxili ünvanlara göndərdiyinə görə, Kargolux-un sizə təqdim etdiyi ünvanı tam şəkildə yazırsınız.


— Ünvan (Street)
— Şəhər (City)
— Poçt kodu (Postal Code)

Hər biri Kargolux hesabında göstərilir.

 

5. Ödənişi edin və sifarişi tamamlayın


 

Pull&Bear İspaniyada kartla ödənişi qəbul edir. Ödənişi etdikdən sonra sifarişiniz uğurla yaradılır və sizə təsdiq e-maili gəlir.

6. Bağlama Kargolux İspaniya anbarına çatır

Sifarişiniz adətən 2–5 iş günü ərzində Kargolux anbarına çatır. Sistem bağlamanı qəbul etdikdə sizə bildiriş gələcək.

7. Bağlamanız Bakıya göndərilir və təhvil alırsınız

Bağlama uçuş planına uyğun olaraq Azərbaycana göndərilir. Kargolux-un üstünlüyü odur ki:
• Çatdırılma sürətlidir,
• Bağlamalar sığortalıdır,
• Proses şəffafdır, status hər an görünür.

Bakıya çatdıqdan sonra siz istədiyiniz filialdan bağlamanızı götürə bilərsiniz.

Niyə Pull&Bear İspaniyadan Sifariş Edilir?

İspaniya Pull&Bear, Azərbaycan bazarına nisbətən:
• Daha aşağı qiymətlər təklif edir
• Mövsüm endirimləri daha yüksək olur
• Koleksiya daha genişdir, bəzi modellər yalnız EU saytında çıxır
• Ölçü və rəng seçimi daha çox olur

 

Yeganə məsələ — İspaniya daxili ünvan tələb etməsidir. Kargolux ilə bu prosesi həyat keçirmək mümkün olur.