Penti-dən sifariş və çatdırılma
Penti markası mərkəzi Türkiyə olan, tanınmış şirkət və həmçinin mağazalar şəbəkəsidir. Bu markanın yaranması tarixi 1950-ci illərə dayansa da, markalaşması 1970-ci ilə təsadüf edir. 1999-cu ildə artıq mağazalar zəncirinə çevrilən Penti-nin onlayn alış-veriş saytı isə 2007-ci ildən etibarən fəaliyyət göstərir.
Penti-nin kolleksiyaları ən son moda trendlərinə uyğun dizayn edilir və tez-tez yenilənməsi ilə seçilir. Bir-birindən fərqlənən qadın, kişi və uşaq kolleksiyaları yolunuzu gözləyir. Ma Vie Privée, Penti Young və Penti Men Penti adı altında alış-veriş sevənlərə təqdim edilir.
Penti markası qeyd etdiyimiz kimi, Türkiyənin lider markalarından biridir və bunun bariz nümunəsi 2009-cu ildə 500 şirkət arasında 106-cı pillədə yer almasıdır.
Qadın haqları mövzusunda çox diqqətcil olan Penti markası qlobal Türkiyə markası olma yolunda uğurlu addımlayır. Markanın əsas özəlliklərindən biri də müştəri ilə əlaqələrə xüsusi diqqət yetirməsidir. Bu da deməkdir ki, Penti üçün müştəri məmnuniyyəti çox önəmli amildir.
Markanın əsas məqsədlərindən biri isə öz sektorunda lider markalardan biri olmaqla yanaşı, bazarda mövqeyini daha da gücləndirməkdir. Türkiyəni təmsil edən qlobal bir marka adına layiq görülmüş Penti ölkə daxilində də, ölkə xaricində də hər kəsin sevimli markası olmaq istəyir.
Penti-dən sifarişlərinizi verməyin ən asan üsulu alış-veriş saytına üz tutmaqdır. Penti-nin hər sezon yenilənən kolleksiyaya aid məhsullarını sifariş etmək artıq alış-veriş saytında daha rahat olacaq. Möhtəşəm marka olan Penti-nin alış-veriş saytına daxil olun, səbətinizə sevdiyiniz məhsulları əlavə edin və alış-verişin dadını çıxarın.
Penti-nin özəlliyi nədir və alış-veriş saytından nələr əldə etmək olar?
İlk öncə qeyd edək ki, Penti-nin alış-veriş saytında siz qadın, kişi və uşaqlar üçün möhtəşəm yay kolleksiyası ilə qarşılaşaqsınız. Rəngarəng kolleksiyanın rəngarəng məhsullarını əldə etməyə tələsin. Hal-hazırda isə saytda dəniz sezonu ilə bağlı möhtəşəm kampaniya davam edir. Siz dəniz sezonuna aid geyim aldığınız zaman ikincisini hədiyyə qazanırsınız. Üstəlik bəzi kateqoriyada olan məhsullara 60%-ə qədər endirim təqdim edilir. Trend yəni, ən çox alınan məhsullar isə sizin üçün ayrı kateqoriyada təqdim edilir. Bundan əlavə olaraq, 200 tl və bundan daha yuxarı məbləğdə alış-veriş edirsinizsə, sizə Türkiyə daxili karqo xidməti pulsuz təqdim ediləcək.
Penti-nin alış-veriş saytından siz pijama, ev geyimi, idman və günlük geyimlər, aksesuar və corab kimi bir-birindən fərqli kateqoriyalarda məhsullarla tanış ola bilərsiniz.
Türkiyədən sifariş dedikdə, alış-veriş sevənlərin sevimli karqo şirkəti olan Kargolux yada düşür. Sürətli formada sifarişlərinə qovuşmaq istəyən hər kəsin seçimi Kargolux olmalıdır. Çünki biz sürətimizə sürət qatırıq. Türkiyədən çatdırılma artıq həftədə 3 dəfə olacaq! “Sifariş et” xidməti isə vaxtına qənaət etmək istəyənlərin köməyinə çatacaq. Sifariş etməyə zamanınız yoxdursa, bir toxunuşla seçdiyiniz məhsulun linkini bizə göndərin və biz sizin üçün sifariş edək.
Kargolux sizin üçün məhsulları kateqoriyaya bölmədən, yəni, standart və maye məhsula ayırmadan 0.7 dollardan başlayan tariflərlə çatdıracaq. Hal-hazırda davam edən “1kq=0.90$” kampaniyasından hələ də faydalanmamısınızsa, fürsəti qaçırmamalısınız. Qeydiyyatdan keçin, sifariş edin və ilk sifarişiniz “1kq=0.90$” tarifi ilə çatdırılsın.
Sifarişlərinizi Kargolux-la vermək və sürətli çatdırılma ilə əldə etmək istəyirsinizsə, ilk olaraq sifarişinizi verdiyiniz Türkiyə alış-veriş platformasından qeydiyyatdan keçməlisiniz. Daha sonra, Kargolux-un sizin üçün qeyd etdiyi xarici anbar ünvanını qeydiyyatdan keçdiyiniz saytın ünvan bölməsinə yazmalısınız. Sifariş etdiyiniz məhsul xarici anbarımıza daxil olduqdan sonra isə mütləq şəkildə “Smart Customs” tətbiqində bağlamanızı bəyan etməlisiniz. Bundan sonra, bağlamanız yola salınır və 2-3 iş günü ərzində yerli anbara daxil olur.