# 2 il əvvəl

Türkiyədən kitab sifariş edə biləcəyiniz saytlar

Online kitab sifarişi

Kitabların insanlara qatdığı dəyər olduqca çoxdur. Bəzi insanlar üçün kitab oxumaq hobbidir, bəziləri üçün isə həyat tərzidir.

Müasir dövrümüzdə insanların maraq dairələri dəyişsə də, kitabsevərlər hər zaman çoxluq təşkil edir. Hal hazırda insanlar kitabları online vasitələrlə oxumağa can atırlar. Bunun səbəblərindən biri də ölkəmizdə kitabların satış qiymətinin yüksək olmasıdır. Bu səbəblə də, insanlar daha sərfəli vasitələrdən istifadə etməyə üstünlük verirlər. Ən böyük  oxuyucu qüvvəsinin tələbələr olduğunu nəzərə alsaq, bu normal bir haldır. Geyim,aksesuar kimi məhsulları necə ki xarici ölkələrdən onlayn şəkildə sifariş veririk, eləcə də kitabları da bu formada əldə edə bilərik. Onlayn sifariş hər zaman olduğu kimi vaxta və pula qənaət etmək kimi üstünlüyə malikdir. Mundi 1.Yıl Kurgu Kitapları Seti-6 Kitap Takım | D&R - Kültür, Sanat ve  Eğlence Dünyası



Sizin üçün sərfəli və etibarlı şəkildə kitab sifariş edə biləcəyiniz saytları bir araya topladıq.





1.Kitapyurdu

Geçtiğimiz yıl 14 milyondan fazla ürün gönderen Kitapyurdu, 2020 verilerini  açıkladı [İnfografik] - Webrazzi

Bu sayt kitab satışı üzrə ən məşhur saytlardan biridir. Sərfəli olması, keyfiyyəti və strategiyasına görə seçilir. Kitapyurdu-nun əsas məqsədi oxuyucu kütləsini artırmaqdan ibarətdir. Siz bu saytdan ədəbiyyat, tarix, iqtisadiyyat və digər sahələr üzrə kitabları rahatlıqla əldə edə bilərsiniz. Kitab sektorunda 20 ildən artıq təcrübəsi olan Kitapyurdu hər zaman  kitapsevərlərin xidmətindədir.

https://www.kitapyurdu.com/

2.Pandora

Pandora.com.tr - Türkiye'nin En Büyük Kitabevi

“Türkiyenin en büyük kitapevi” sloganı ilə xidmət göstərən Pandora kitab evi Türkiyədə ilk qurulan kitab evidir. Ən böyük üstünlüklərindən biri ingiliscə kitab çeşidlərinin olmasıdır. Tez-tez endirim kompaniyalarının keçirilməsi ilə də Pandora kitab evi hər zaman seçilir. Siz onlayn sifarişlə yanaşı,kitabları mağazanın özündən də əldə edə bilərsiniz.

https://www.pandora.com.tr/

3.İdefix

idefix İndirim Kodu & Kuponu - Ocak 2022 - indirimist

Son 3 ildə ən çox ziyarətçi sayısı olan bu sayt çeşidliliyi ilə seçilir. Kitabların minlərlə çeşidini siz bu saytdan 60-70 faizə qədər olan endirimlə əldə edə bilərsiniz. Hətta İdefix müəyyən məbləğdə alış-veriş edən müştərilərinə hədiyyə kuponu da qazandırır. Bu kimi fürsətləri mütləq dəyərləndirməlisiniz.

https://www.idefix.com/

4.Kitapseç

Kitapseç

Türkiyədən kitab sifariş edə biləcəyimiz saytlardan biri də bu saytdır. “Büyük kış indirimi” başlığı ilə keçirilən kampaniyadan yararlanmağın əsl vaxtıdır. Bu kampaniya ilə siz 69 TL üstü alış-verişlərdə pulsuz çatdırılma xidmətindən yararlana bilərsiniz.

https://www.kitapsec.com/

5.Kitapzen

 

Bu kitab saytının ən böyük üstünlüyü Türkiyə daxili kargo qiymətlərinin ucuz olmasıdır. Siz 200 TL dəyərində alış-veriş etsəniz, 10 faiz endirim əldə edəcəksiniz. Kitapzen saytının üstünlükləri bununla da bitmir. Hal-hazırda davam edən 20-30 faiz endirim kampaniyasından da yararlana bilərsiniz.

https://www.kitapzen.com/

6)D&R

D&R kitabla yanaşı dəftərxana ləvazimatlarının satışı ilə də seçilən saytlardan ən başlıcasıdır. Siz bu saytdan jurnallar və hədiyyəlik əşyalar da əldə edə bilərsiniz. Demək olar ki, bütün kateqoriyalar üzrə olan kitablarda və digər məhsullarda endirimləri mövcuddur.

https://www.dr.com.tr/kategori/kitap

7.BKM

“Bir kitapla mümkün” sloganı ilə tanınan BKM bir çox üstünlükləri ilə rəqiblərindən seçilir. Ölkədaxili kargonun tamamilə ödənişsiz olması bunlardan sadəcə biridir. Axtardığınız bütün kitabları bu saytdan rahatlıqla əldə edə bilərsiniz.

https://www.bkmkitap.com/

8.Kitapsepeti

Sevdiyiniz janrdakı bütün kitabları Kitabsepeti vasitəsilə sərfəli şəkildə sifariş edə bilərsiniz. Hal-hazırda davam edən 50 faiz endirim kampaniyasi ən yaxşı fürsətlərdən biridir.

9.İlknokta

Dergiler

Keyfiyyəti ilə fərqlənən kitab saytları arasında ön sıralardadır. Bu sayt fantastik janrda kitabsevərlərin bir nömrəli seçimi olabilər.”Haftanın fırsatı” başlığı altında endirim olunan məhsullar sizin üçün ən sərfəli seçimlərdən olabilər.

https://www.ilknokta.com/