# 2 il əvvəl

Novruz Bayramına özəl Türkiyə saytlarından hədiyyə seçimi

Türkiyədən sifariş

Novruz bayramına özəl olaraq sevdiklərinizə hədiyyələri Türkiyədən onlayn formada əldə etmək sizin üçün ən ideal və sərfəli seçim olacaqdır. Türkiyənin onlayn alış-veriş saytları sizə həm yüksək keyfiyyət, həm də münasib qiymət təklif edir. 

Təbiətin oyanışını və baharın gəlişini qeyd etdiyimiz Novruz bayramı xalqımız üçün ən vacib bayramlardan biridir. Bu günün tarixi çox qədimlərə bağlıdır və buna görə də hər il xalq olaraq bu bayramı xüsusi olaraq qeyd etməyi sevirik. Ailəniz, dostlarınız və dəyər verdiyiniz hər kəs üçün bayramı yaddaqalan etmək və onların üzünü güldürmək çox vacibdir. 

Bayrama özəl olaraq sevdiklərinizə aşağıdakı Türkiyə saytlarından ən zövqlü və ideal hədiyyələri ala biləcəksiniz.

Trendyol

Trendyol - Online Alışveriş - אפליקציות ב-Google Play

Türkiyədən onlayn alış-veriş dedikdə, Trendyol alış-veriş sevən insanların ilk ağlına gələcək saytlardan ən birincisidir. Trendyol.com.tr saytından siz qadın, kişi və uşaqlar üçün yüzlərlə çeşiddə ən keyfiyyətli və sərfəli məhsullarla qarşılaşacaqsınız. Bayram hədiyyəsi almaq üçün də təbii ki, ən sərfəli seçimlərdən biri olacaqdır. Üstəlik bu məhsulları endirimli qiymətlərlə əldə etmək şansınız olacaq. Trendyol-un üstünlükləri bunlarla da bitmir. Belə ki, hal hazırda bir çox türk markasının yeni kolleksiyası artıq saytda yer almışdır. Səbətinizə məhsulları əlavə edərək sifarişlərinizi verməyin zamanıdır.

Hepsiburada

Hepsiburada » E-ticaret Çözüm Merkezi — IdeaSoft

Yalnız internet üzərindən xidmət göstərən alış-veriş saytıdır. Türkiyədən onlayn hədiyyə sifarişi etmək istəyənlər üçün ən doğru seçimlərdən biri ola bilər. Sevdiklərinizə istədiyiniz kateqoriyada olan məhsulları məhz Hepsiburada-dan sürpriz endirimli qiymətlərlə əldə edə biləcəksiniz. Mart ayı ərzində saytda yeni kampaniyalar başlayacaqdır. Bu kampaniyalardan yararlanmağın və ən əsası sevdiklərinizə bayram hədiyyəsi almağın tam zamanıdır.

LC Waikiki 

LC Waikiki 'En İtibarlı' Şirketi Oldu - Son Dakika

Türkiyə onlayn alış-veriş saytları arasında ilk sıralarda yer alan LC Waikiki saytından bir çox kateqoriya üzrə hədiyyəlik məhsulları seçib və sifariş verə bilərsiniz. Qadın, kişi və uşaq geyimlərindən əlavə saytda “LCW Home” və “LCW Green” kateqoriyaları üzrə məhsullarla tanış ola bilərsiniz. LC Waikiki məhsulların qiymətinin çox münasib olması qədər keyfiyyətli olması ilə də seçilən markalardandır.

Çiçek sepeti

Çiçek Sepeti Logo Vector (SVG, PDF, Ai, EPS, CDR) Free Download -  Logowik.com

Türkiyə saytları arasında ən güvənilir və etibarlı saytlar sırasındadır. Hər zaman müştəri məmnuniyyətini ön planda tutan Çiçek sepeti xüsusilə özəl günlərdə alış-veriş etmək üçün əvəzolunmaz seçimlərdə olacaqdır. Saytda hədiyyə seçimi edə bilməyiniz üçün hədiyyəlik məhsullar ayrı bir kateqoriyaya ayrılmışdır. “Hediyye”,”Kişiye özel” kateqoriyalarından siz özəl günlər üçün sevdiyiniz insanlara hədiyyə alaraq onlara özlərini daha da dəyərli hiss etdirə biləcəksiniz. Həmçinin bu saytın əsas özəlliklərindən biri də hədiyyələrin üzərində ürək sözlərinizi yaza biləcəyiniz açıqcaların olmasıdır. Seçiminizi Çiçek sepeti ilə edin, sevdiklərinizə iki qat bayram yaşadın.

Zara

Zara Logo, history, meaning, symbol, PNG

Novruz bayramında dəyər verdiyiniz insanlara geyim və ya aksesuar hədiyyə etmək düşüncəsi sizin yolunuzu Zara-nın onlayn alış-veriş saytından salacaq. Sevdiklərinizin stil sahibi olmasına və yaz qarderobunu yeniləməsinə siz də Zara-dan alış-veriş edərək yardım edə bilərsiniz. Tez-tez yenilənən və rəngarəng stokları ilə Zara alış-veriş saytı bayram sevgisi bəxş etmənizə şərait yaradacaq. Odur ki, səbətinizə bayram sovqatlarınızı əlavə edin, sifariş edərək bayramı yaddaqalan edin.

Ən sevdiyiniz Türkiyə alış-veriş saytlarından bayram hədiyyələrini aşağıdakı qaydada Kargolux-la sifariş edə bilərsiniz. Çünki sizin üçün dəyərli olan insanlar bizim üçün də dəyərlidir.

 İlk növbədə sifarişi verəcəyiniz saytdan qeydiyyatdan keçərək özünüzə hesab yaratmalısınız. Daha sonra hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Əgər sifariş etmək üçün zamanınız yoxdursa, “sifariş et” xidmətimizdən yararlana bilərsiniz. Siz sadəcə linki yerləşdirirsiniz və biz sizin üçün məhsulu sifariş edirik. Sifariş verdiyiniz məhsul 3-5 gün ərzində yerli anbara daxil olur. 0.7 dollardan başlayan qiymətlərlə Türkiyədən onlayn sifarişləri gətirən yeganə kargo şirkəti Kargolux-dur və ən əsası maye və standart məhsul ayırmadan bütün məhsulları eyni tariflərlə çatdırır.