# 2 il əvvəl

Azərbaycan və Türkiyədə marka məhsulların qiymət fərqləri

Hazırda ən çox eşidilən mövzulardan biri Türkiyədən müxtəlif növdə məhsul sifarişləridir. Belə ki, türk lirəsinin kəskin şəkildə ucuzlaşması səbəbilə insanlar toplu şəkildə Türkiyənin onlayn alış-veriş saytlarından sifarişlər verməyə başladı. Yerli qiymətlərlə qarşılaşdırıldığı zaman isə dünyanın ən tanınmış markalarının məhsullarını Türkiyədən sifariş etmənin daha sərfəli olduğunu görmüş oluruq.

Bershka, Pull & Bear, Zara, Stradivarius kimi dünyaca məşhur markaların Azərbaycan və Türkiyədəki qiymətlərini sizlər üçün qarşılaşdırdıq.

 

BERSHKA

Bershka markasının Azərbaycandakı və Türkiyədəki mağazalarının qiymətlərini yan-yana gətirdiyimiz zaman arada kəskin qiymət fərqini görmüş oluruq. Məsələn, üstdə gördüyümüz şalvarın yerli mağazalardakı qiymət 69 AZN olduğu halda Türkiyə onlayn saytlarındakı qiyməti 200 TL, yəni 25 AZN-dir.




PULL & BEAR

Ən sevilən geyim brendlərindən biri olan Pull & Bear, yüksək keyfiyyətli məhsulları ilə özünə sadiq müştərilər yaratmışdır. Pull & Bear dünyanın bir çox ölkəsində olduğu kimi Azərbaycan və Türkiyədə də mağazalara sahibdir. Qiymətə gəldikdə isə aradakı fərq olduqca yüksəkdir. Misal olaraq yuxarıda göstərilən sweatshirt-ün qiyməti Azərbaycanda 89 AZN, Türkiyədə isə 450 TL, yəni 55 AZN-dir.

 

ZARA

Image 6 of TEXTURED COAT from Zara

Digər markalar qədər olmasa da, Zara-da da müəyyən qiymət fərqləri mövcuddur. Misal göstərmək üçün yuxarıda gördüyünüz paltonu ələ ala bilərik. Belə ki, Türkiyə onlayn mağazalarında bu paltonun qiyməti 900 TL, yəni 111 manat olduğu halda, yerli mağazalardakı qiyməi isə 179 AZN-dir.

 

STRADIVARIUS

STR_Short shirt dress_1

Ən çox üstünlük verilən qadın geyim markalarından biri olan Stradivarius da iki ölkə arasındakı qiymət müxtəlifliyindən yan keçmir. Yuxarıdagördüyünüz don Azərbaycandakı Stradivarius mağazalarında 49 AZN olduğu halda Türkiyə onlayn mağazalarında 270 TL, yəni 33 AZN-ə satılır.

 

Göründüyü kimi Türkiyə onlayn mağazalarından marka məhsullara sahib olmaq, yerli mağazalara nisbətdə daha sərfəlidir. 

 

KargoLux ilə Türkiyənin onlayn mağazalarından istənilən məhsulu sifariş verin, ən sərfəli tariflərlə qapınıza qədər gətirək.