# 1 il əvvəl

Mango-dan sifariş və çatdırılma

Mango markası Türkiyə alış-veriş saytları arasında keyfiyyətinə görə ön sıralarda yer alır. Artıq zövqlü geyinən və dəblə ayaqlaşan hər kəsin seçimi Mango-dan alış-veriş etmək olacaq. 

Mango dünyanın hazır geyim markaları arasında seçilən mağazalar şəbəkəsindən biridir. İspaniya brendi olmasına baxmayaraq, ən çox filialı məhz Türkiyədə fəaliyyət göstərir. Siz Türkiyə onlayn alış-veriş mağazalarından olan Mango-dan cinsindən və yaşından asılı olmayaraq hər kəs üçün məhsul ala biləcəksiniz. 

Bəs https://shop.mango.com/tr saytının özəllikləri nələrdir?

İlk öncə qeyd etmək lazımdır ki, Mango-nun Türkiyə saytındakı qiymətlər ölkəmizlə müqayisədə qat-qat aşağıdır. Bu da bir daha Türkiyədən onlayn alış-veriş etməyin üstünlüklərini göstərir. Bundan əlavə olaraq, https://shop.mango.com/tr saytının üstünlüklərindən ən önəmlisi keyfiyyət faktorudur. Onlayn alış-veriş saytı olmağına baxmayaraq, sifariş edilən məhsullar həm vaxtında çatdırılır, həm də şəkildə göstərildiyi keyfiyyətdə təhvil verilir. Üstəlik 350 tl-dən yuxarı məbləğdə alış-veriş edən müştərilər üçün Türkiyə daxili karqo xidməti pulsuzdur. Bundan əlavə olaraq, hər sezonda qadın, kişi və uşaq məhsullarına endirim tətbiq olunur. Müştərilər bu endirimlər haqqında öncədən e-mail və ya bildirim vasitəsilə məlumatlandırılır. 

Aşağıda isə sizi https://shop.mango.com/tr saytında hansı kateqoriyalar üzrə alış-veriş edə biləciyinizi qeyd etmişik.

İspanya'nın dev markası "Mango" Türkiye'ye adı konulmamış bir ambargo mu  uyguluyor?

Mango-nun onlayn alış-veriş saytının ilk bölməsi məhz xanımlar üçün ayrılmışdır. Belə ki, xanımlar üçün olan bölmədə həmçinin “Büyük beden” başlığı ilə böyük bədən qadın geyimləri də əldə edə biləcəksiniz. Bundan əlavə olaraq, “Kadınlar” bölümündə endirimli məhsullar və sayta yeni gələn trend məhsullar da ayrı-ayrı başlıqlar altında yerləşdirilir. Saytın ən böyük üstünlüklərindən biri də 2022- nin trend məhsullarının “Kolleksiyonlar”  başlığı ilə yer almasıdır. 2022-ci ilin trend qadın geyim və aksesuarları bu bölmədə ayrıca olaraq sayt ziyarətçilərinə təqdim edilir.

https://shop.mango.com/tr saytının digər böyük bölməsi təbii ki kişilər üçün fəaliyyət göstərir. “Erkek” bölümündə siz bütün kateqoriyada olan geyimlərinizi və onları tamamlayacaq aksesuarlarınızı rahatlıqla seçib, sifariş edə bilərsiniz. Ən əsası isə hansı tərzə sahib olmağınızdan asılı olmayaraq həm gündəlik kombinlərini, həm də özəl günlər üçün alacağınız geyimləri bu saytdan seçə biləcəksiniz. 

Mango markasının saytı evinizin kiçik üzvlərini də unutmur. Belə ki, “Çocuk” bölməsində Mango-nun ən son kolleksiyasından ibarət 0-14 yaş arası uşaqlar üçün geyimlər sizi gözləyir. 0-14 yaş arası qız və oğlan uşaqları üçün geyimdən tutmuş ayaqqabıya qədər ən rəngli və keyfiyyətli parçaları sifariş etmə şansınız olacaq. Xüsusilə, qeyd edək ki, uşaqlar üçün istehsal olunan bu geyimlərdə yalnız pambıq parçadan istifadə olunur. 

Mango-nun onlayn alış-veriş saytının ən böyük və fərqli özəlliyi isə demək olar ki, heç bir saytda olmayan  kateqoriyada geyimlərin təqdim edilməsidir. Bildiyimiz kimi, geyim seçərkən ən böyük çətinliyi yeniyetmələr yaşayır. Çünki bu dönəmdə onlar uşaq və ya böyüklər üçün nəzərdə tutulan kateqoriyadan alış-veriş etmək arasında qalırlar. “Genç” bölməsində satışa çıxarılan geyimlərin hər biri yeniyetmələr üçün nəzərdə tutulmuşdur. Üstəlik bu geyimlər ən son trendlərə uyğun dizayn olunur.

Türkiyədən alış-veriş saytları içində seçilən və demək olar ki, hər kəsin seçimi olan https://shop.mango.com/tr saytından alış-veriş etmək Kargolux-la daha rahat və sərfəli olacaqdır. Bunun üçün tək etməli olduğunuz isə https://shop.mango.com/tr saytında qeydiyyatdan keçmək olacaq.

İlk növbədə Mango-nun saytından qeydiyyatdan keçərək özünüzə hesab yaratmalısınız. Daha sonra hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Əgər sifariş etmək üçün zamanınız yoxdursa, “sifariş et” xidmətimizdən yararlana bilərsiniz. Siz sadəcə linki yerləşdirirsiniz və biz sizin üçün məhsulu sifariş edirik. Sifariş verdiyiniz məhsul 3-5 gün ərzində yerli anbara daxil olur. 0.7 dollardan başlayan qiymətlərlə Türkiyədən onlayn sifarişləri gətirən yeganə kargo şirkəti Kargolux-dur və ən əsası maye və standart məhsul ayırmadan bütün məhsulları eyni tariflərlə çatdırır. Məhsulunuz yerli anbara daxil olduqdan sonra isə kuryer xidməti sifariş verərək, sifarişinizə qovuşa bilərsiniz. Sifarişinizi bizimlə edin, sürətli şəkildə sizin üçün gətirək!