# 18 saat əvvəl

Mango İspaniyadan Sifariş-Kargolux ilə Təlimat 2025

Artıq İspaniyanın məşhur brendlərindən olan Mango-dan Azərbaycana rahat sifariş vermək artıq mümkündür. Bu bloqda sizə Kargolux vasitəsilə Mango İspaniya saytından necə sifariş verəcəyinizi addım-addım izah edəcəyik.

Bu prosesin qısa video icmalı və vizual izahı üçün Instagram postumuza keçid edə bilərsiniz: Instagram Postu – Mango Sifariş Qaydası

Mango İspaniyadan sifariş etməyin addımları

1. Kargolux-da qeydiyyat və İspaniya ünvanını almaq

İlk addım Kargolux-da qeydiyyatdan keçməkdir; qeydiyyat tamamilə pulsuzdur. Qeydiyyatdan sonra sizə İspaniya anbar ünvanı veriləcək. Bu ünvanı Mango saytında "Delivery address" kimi istifadə edəcəksiniz. Kargolux məhsulu İspaniya anbarında qəbul edir, etiketləyir və Azərbaycana çatdırır.


2.Mango İspaniya saytına daxil olun.

Mangonun rəsmi saytına (https://shop.mango.com/es/es) daxil olub ölkə olaraq İspaniya (Spain / España) seçin avtomatik dil olaraq ispan dili seçimi qarşınıza çıxacaq.Davamında istədiyiniz məhsulları seçin.

3.Məhsulları səbətə əlavə edin.

Ölçü,rəng və sayı seçdikdən sonra məhsulu səbətə əlavə edin.Səbətə keçid edib “COMENZAR PEDIDO” düyməsinə klikləyin.Qeydiyyatdan keçmədən davam edə bilməyiniz üçün “Continuar sin cuenta” seçimini edin və növbəti mərhələyə keçid edin.Şəxsi məlumatları( ad,soyad və mail adresi) əlavə edin.


4. Ünvan Məlumatlarının Doldurulması (Çox Vacib!)

Sifarişinizin Kargolux anbarına düzgün çatması üçün ünvanı dəqiq doldurmaq lazımdır.Kargolux tətbiqini açaraq “xarici ünvanlar” hissəsinə klikləyin və xarici ünvanlar hissəsində İspaniyanı seçin.Qeyd edilən məlumatları kopyalayaraq Mango saytında şəxsi məlumatları əlavə etdiyiniz bölmədə həmin məlumatları əlavə edin. 

5. Sifarişin Tamamlanması və Ödəniş

Səbətinizi doldurduqdan sonra ən az bir hərf bir rəqəm olmaqla 10 simvoldan ibarət şifrə yaradın.”Continuar a pago” düyməsinə klikləyin və ödəniş səhifəsinə keçid edərək kart məlumatlarınızı əlavə edin.

Və budur! Sifarişiniz artıq yoldadır. İspaniyadan gələn dəbli geyimləriniz qısa müddətdə Bakıda olacaq.

Mango İspaniyadan niyə sifariş edilir?

Bunun əsas 3 səbəbi var:

  1. Qiymət Fərqi: Mango İspaniya brendi olduğu üçün öz ölkəsində qiymətlər digər ölkələrə münasibətdə daha aşağıdır. 
  2. Geniş Çeşid: Yerli mağazalara gəlməyən eksklüziv kolleksiyalar və rənglər İspaniya saytında hər zaman mövcuddur.
  3. Endirimlər: İspaniya saytında tez-tez "Outlet" və ya mövsüm endirimləri olur ki, bu da alış-verişi daha da sərfəli edir.

Niyə Kargolux?

Sifarişlərinizi Bakıya çatdırmaq üçün doğru kargo şirkətini seçmək vacibdir. Bəs niyə məhz Kargolux?

  • Sürətli Çatdırılma: İspaniya anbarına daxil olan bağlamalarınız ən qısa müddətdə Bakıya yola salınır.
  • Etibarlılıq: Sifarişlərinizin itmədən və zədələnmədən tam təhlükəsiz şəkildə sizə çatdırılmasına zəmanət verilir.
  • Rahat Bəyanetmə: Mobil tətbiq və ya sayt üzərindən bağlamanızı saniyələr içində bəyan edə bilirsiniz.