# 2 il əvvəl

LC Waikiki saytından onlayn məhsul sifarişi

Türkiyədən sifariş

LC Waikiki saytından onlayn məhsul sifarişi son zamanlar gündəmdə olan mövzulardan biridir. LC Waikiki Türkiyədən onlayn alış-veriş edənlərin ən çox üstünlük verdiyi saytlardandır. Bəs nə üçün bu alış-veriş markası insanlar tərəfindən bu qədər sevilir?

LC Waikiki ilk dəfə Fransada qurulmasına baxmayaraq, daha sonra Türkiyə markasına çevrilmişdir. Bu türk markası 47 ölkədə 1047 mağaza ilə fəaliyyət göstərir. Türkiyə onlayn alış-veriş saytları arasında da LC Waikiki keyfiyyəti və ən əsası sərfəli qiymətlərinə görə fərqlənir. 

LC WAIKIKI

Türkiyədən onlayn alış-veriş etmək istəyən hər kəs yolunu məhz LC Waikiki markasının saytından salmalıdır. Siz bu saytdan bir çox kateqoriya üzrə bol çeşidli məhsullar əldə edə biləcəksiniz. Qadın, kişi və uşaq geyimlərindən əlavə saytda “LCW Home” və “LCW Green” kateqoriyaları üzrə məhsullarla tanış ola bilərsiniz.

 Türkiyə onlayn alış-veriş saytları arasında ilk sıralarda yer alan LC Waikiki saytından aşağıdakı kateqoriyalar üzrə məhsulları seçərək sifariş verə bilərsiniz.

Qarderobunuzu LC Waikiki saytındakı məhsullarla yeniləməyin zamanıdır. Qadınlar üçün bütün məhsullar saytdakı  “Kadın” bölümündə qarşınıza çıxacaqdır. Zövqünüzə uyğun, bol çeşidli və sərfəli qiymətli geyim, çanta, ayaqqabı və aksesuarları sifariş edə bilərsiniz. 

LC Waikiki İndirimli Kadın Ürünleri - LC Waikiki İndirimleri

 

Tərzini başdan yaratmaq və büdcəsinə uyğun məhsullar əldə etmək istəyən bəylər üçün də bu onlayn alış-veriş saytında minlərlə çeşiddə məhsullar mövcuddur. Trend rənglərdən ibarət olan “Erkek” bölümündən istədiyiniz növdə geyimlər əldə etməklə yanaşı, onları tamamlayacaq ən özəl aksesuarları da sifariş edə biləcəksiniz. 

Erkek Mont, Kaban Modelleri - Sayfa 2 - LC Waikiki

 

LC Waikiki saytının özəlliklərindən biri də “Çocuk” və “Bebek” kateqoriyası üzrə minlərlə məhsulun təqdim edilməsidir. Ailənizin kiçik üzvlərini xüsusi olaraq düşünən LC Waikiki markasının saytındakı uşaq məhsulları keyfiyyəti ilə seçilir. Övladlarınızı bu saytın sizə təqdim etdiyi ən keyfiyyətli parçalarla sevindirə bilərsiniz. Belə ki, “Bebek” bölməsində 0-5 yaş arası uşaqlar üçün olan məhsullar,  “Çocuk” bölməsində isə 3-14 yaş arası uşaqlar üçün bol çeşidli və sərfəli qiymətli məhsullar sizə təqdim olunur. 

 

LC Waikiki saytının “LCW Home” bölməsindəki məhsullarla eviniz üçün bir çox kateqoriyada olan məhsulları endirimli qiymətlərlə əldə edə bilərsiniz. Hal-hazırda bu kateqoriyada olan məhsullara 50 faizə qədər endirim təklif olunur. Qonaq otağı, yataq otağı, uşaq otağı, mətbəx və hamam üçün yüzlərlə məhsulu sifariş edərək evinizin əksiklərini tamamlamaq zamanıdır. 

10 LCWHOME ideas | cool room designs, dream house, bedroom furniture design

“LCW Green” bölməsindən isə qadın, kişi və uşaqlar üçün tam təbii pambıqdan hazırlanan məhsulları əldə edə bilərsiniz. 

No photo description available.

LC Waikiki markasının məhsullarını onlayn formada bir neçə yerdən seçə bilərsiniz. İlk növbədə LCWaikiki.com.tr saytına daxil olaraq müxtəlif kateqoriyada olan məhsulları səbətinizə əlavə edə bilərsiniz. Həmçinin saytın mobil tətbiqini yükləyərək saytdakı məhsullarla rahatlıqla tanış ola bilərsiniz. Bundan əlavə olaraq, Trendyol və Hepsiburada saytlarında da LC Waikiki məhsulları yolunuzu gözləyir

https://www.lcwaikiki.com/tr-TR/TR

Ən sevdiyiniz Türkiyə alış-veriş saytı olan LC Waikiki saytından seçdiyiniz məhsulları aşağıdakı qaydada Kargolux-la sifariş edə bilərsiniz. İlk növbədə LC Waikiki saytından qeydiyyatdan keçərək özünüzə hesab yaratmalısınız. Daha sonra hesabınızda ünvan olaraq bizim sizə təqdim etdiyimiz Türkiyə ünvanımızı qeyd edirsiniz. Əgər sifariş etmək üçün zamanınız yoxdursa, “sifariş et” xidmətimizdən yararlana bilərsiniz. Siz sadəcə linki yerləşdirirsiniz və biz sizin üçün məhsulu sifariş edirik. Sifariş verdiyiniz məhsul 3-5 gün ərzində yerli anbara daxil olur. 0.7 dollardan başlayan qiymətlərlə Türkiyədən onlayn sifarişləri gətirən yeganə karqo şirkəti Kargolux-dur və ən əsası maye və standart məhsul ayırmadan bütün məhsulları eyni tariflərlə çatdırır.