# 2 il əvvəl

Yeni Gömrük qərarları ilə bağlı suallar və cavabları

Dövlət Gömrük Komitəsinin yeni layihəsi- “Sadələşdirilmiş Bəyannamə-  Elektron Ticarət” təqdim olunduqdan sonra müştərilərin bizə ünvanladığı sualları aşağıda sizin üçün cavablandırdıq. 

1.Yeni qərara görə, xarici ölkələrdən baglama gətirilməsində limit nə qədərdir?

Qərara əsasən, artıq limit 1 təqvim ayı ərzində 300 ABŞ dolları təşkil edəcək. Siz 1 təqvim ayı ərzində bu limiti keçmədiyiniz halda istədiyiniz sayda məhsulu Azərbayacana gətirə bilərsiniz. 

2. 300 dollar limitini keçməsək, yenə də bəyənnamə verməliyikmi?

Xaricdən məhsul sifariş verdiyiniz halda mütləq şəkildə “Smart Customs” tətbiqində və ya https://e.customs.gov.az/  saytında bağlamanızı bəyan etməlisiniz. Bağlamanızı bəyan etmədiyiniz təqdirdə ölkəyə göndərilməsi təmin olunmur.

3. Aylıq limiti keçdiyim zaman ödəməli olduğum rüsum nə qədər təşkil edir?

Aldığınız məhsulun gömrük koduna uyğun şəkildə limiti keçdiyiniz məbləğin 36%-dək məbləğində rüsum və vergi ödəməlisiniz. Qeyd etmək istəyirik ki, ancaq 300 dolları keçən məbləğin rüsum və vergisini ödəyəcəksiniz. 

4. Daşıyıcı şirkət (kargo) fiziki şəxsin yerinə sifariş edilən məhsul üçün bəyannamə yerləşdirə bilərmi?

Xeyr.Yalnız fiziki şəxs özü Smart Customs” tətbiqində və ya https://e.customs.gov.az/  saytında sadələşdirilmiş bəyannaməni yerləşdirməlidir.

5. Aylıq limitimi necə hesablaya bilərəm?

 Bir ay ərzində sizin “Smart Customs” tətbiqində və ya https://e.customs.gov.az/  saytında bəyan etdiyiniz məhsulların dəyəri və onların daşınma haqqı aylıq limitə daxil edilir. Ay ərzində etdiyiniz bütün daşınmalar isə “Smart Customs” tətbiqində göstərilir və siz buradan limitə düşüb-düşmədiyinizi izləyə bilərsiniz.

7. Hansı hallarda bağlamam gömrükdə saxlanıla bilər?

Təqvim ayı ərzində sifarişlərinizin ümumi dəyəri 300 ABŞ dolları məbləğini keçərsə və ödənişi öncədən edilməzsə, sifariş etdiyiniz məhsulun müvafiq Gömrük orqanı tərəfindən kommersiya məqsədli olması aşkarlanarsa, idxalı qadağan olunmuş məhsul olduğu təyin edilərsə, Gömrük orqanı tərəfindən bağlamanız gömrükdə saxlanıla bilər.

8. Bağlamam gömrükdə saxlanılarsa, nə edə bilərəm?

Bağlamanızın gömrükdə saxlanılmasına dair sizə daşıyıcı şirkət- Kargolux məlumat göndərir. Gömrükdə saxlanılan bağlamanızı təhvil almaq üçün ofisimizə yaxınlaşaraq qaimə və barkodu əldə edirsiniz. Baş Gömrük İdarəsinə bu sənədlərlə müraciət edirsiniz və bağlamanızın saxlanma xərclərini ödəyərək təhvil alırsınız.

9. 300 dollar limitini keçmədən 2 ədəddən artıq məhsul sifariş verə bilərəmmi?

Fiziki  şəxslər istifadəsi və istehlakı məqsədləri üçün 2 ədəd eyni və ya eynicinsli məhsulu gömrük ödənişləri ödəmədən gömrük sərhəddindən keçirmək hüququna malikdir. Gömrük sərhədindən keçirilən eyni və ya eynicinsli məhsulun sayı 2-dən artıq olarsa, gömrük ödənişləri ödəmədən sərhəddən keçirilən məhsulların 2-dən artıq olan miqdarı üçün gömrük ödənişləri ödənilməlidir.

10. Telefon nömrəsi mənim adıma deyilsə, ancaq bağlama mənim adıma olacaqsa, bəyannaməni necə verə bilərəm?

Bildiyiniz kimi, məhsulu “Smart Customs” tətbiqində və ya https://e.customs.gov.az/ saytında bəyan etmək üçün “ASAN login” sistemində qeydiyyatdan keçmək vacibdir. Əgər telefon nömrəniz öz adınıza deyilsə, “ASAN login” sistemində video qeydiyyat ilə qeydiyyatdan keçə bilərsiniz.

11. Hansı məhsulların daşınmasına icazə yoxdur?

11.1. Azərbaycan  Respublikasının  qanunvericiliyi ilə dövriyyəsi qadağan olunmuş xidməti və mülki silahlar, hərbi təyinatlı bütün əşyalar, partlayıcı maddələr, hərbi texnika;

11.2. Pulların və poçt ödənişi nişanlarının buraxılması üçün avadanlıqlar;

11.3. Insan orqanları və (və ya) toxumaları;

11.4. Canlı heyvanlar;

11.5. Tezalışan maddələr;

11.6. Zəhərli və toksikoloji maddələr;

11.7. Bioloji və infeksion maddələr;

11.8. Civə, kimyəvi reaktivlər və turşular;

11.9. Insanın şərəf və ləyaqətini alçaldan, milli və dini hissiyatını təhqir edən materiallar;

11.10. Tez xarab olan qida məhsulları;

11.11. Öz xüsusiyyətlərinə və ya qablaşdırılmasına görə poçt işçiləri üçün təhlükə yarada bilən, digər poçt göndərişlərinin və poçt avadanlıqlarının zədələnməsinə, xarab olmasına və ya çirklənməsinə səbəb olan göndərişlər;

11.12. Sikkələr, banknotlar və yol çekləri;

11.13. Radioaktiv maddələr;

11.14. Narkotik vasitələr, psixotrop maddələr və onların prekursorları, onlardan istifadə üçün ləvazimat;

11.15. Narkotik vasitələrin, psixotrop, zəhərləyici, partlayıcı maddələrin hazırlanması texnologiyasına aid materiallar;

11.16. Əxlaq pozğunluğunu, zorakılığı, terrorizmi təbliğ və reklam edən materiallar;

11.17. Odlu silah və onun döyüş sursatları.