Geri qaytarılma xidməti
Türkiyədən sifariş artıq daha rahat
Kargolux hər zaman olduğu kimi müştərilərinə sərfəli və sürətli xidmət göstərməkdə davam edir. Sizə daha yaxşı xidmət göstərmək və müştəri məmnuniyyətini artırmaq məqsədilə “Geri qaytarma” xidmətimiz aktivdir.“Geri qaytarma” xidmətimizdən aşağıdakı hallarda istifadə edə bilərsiniz:
1. Sifariş verdiyiniz məhsul yalnış göndərilərsə (sifariş verdiyiniz məhsulun yerinə başqa bir məhsul göndərilərsə və ya rəngi fərqli olarsa)
2. Sifariş verdiyiniz məhsul istifadəyə yararsız vəziyyətdə olarsa (qırılmış, sınmış, defekt və ya zərər çəkmiş vəziyyətdə olarsa)
Yuxarıda qeyd olunan hallarda Kargolux sizin üçün məhsulun göndərildiyi mağazaya “Geri qaytarma” prosesini həyata keçirir.
Kargolux geri qaytarılmasını istədiyiniz bağlamanın Türkiyəyə çatdırılması və xarici anbara təhvil verilməsinə görə məsuliyyər daşıyır. Lakin Türkiyəyə qaytarılan bağlama mağaza tərəfindən qəbul edilməzsə, sifarişçi sifarişdən imtina edə bilər və bağlama Azərbaycana yenidən çatdırıla bilər. Müştərilərimiz nəzərə almalıdır ki, mağaza tərəfindən qəbul edilməyən bağlamalara görə Kargolux məsuliyyət daşımır.
Sifariş etdiyiniz məhsulların Kargolux tərəfindən çatdırılmasından sonra yaranan problemlərə görə “Geri qaytarılma” xidmətinin həyata keçirilməsi üçün aşağıdakı şərtlər vardır:
1.Yerli anbardan təhvil aldığınız bağlamalar maksimum 2 iş günü ərzində ofisimizə təhvil verilməlidir.
2. Bağlama təhvil verildiyi zaman “iadə kodu” və Türkiyə daxili karqo qeyd olunmalıdır. İadə kodu nədir? İadə kodu bağlamanızın xarici anbardan Türkiyə daxili karqo ilə mağazaya göndərilməsi və geri qaytarıla bilməsi üçün lazım olan koddur. İadə kodunu əldə etmək üçün saytda müvafiq sifarişi seçərək “Kolay iade” hissəsinə daxil olmaq lazımdır. İadə kodu olmayan bağlamaların geri qaytarılması mümkün deyil. Bağlama mağaza tərəfindən qəbul edildiyi halda 15 iş günü müddətində qaytarılır.
3. “Geri qaytarılma” xidməti satıcı mağaza tərəfindən məhsulun qaytarılmasına dair təsdiq alındıqdan və müştərinin bağlamanın iadəsinə görə təyin olunmuş məbləği (bu məbləğ haqqında ətraflı məlumatı ofisə yaxınlaşaraq və ya Kargolux-un əlaqə nömrələri ilə əlaqə saxlayaraq öyrənə bilərsiniz.) ödədikdən sonra tam şəkildə həyata keçirilir.
Qeyd etmək istəyirik ki, “Geri qaytarılma” xidmətimiz “Sifariş et” xidməti ilə məhsullarını sifariş edən müştərilər üçün də keçərlidir. “Sifariş et” xidmətimizlə aldığınız məhsulların iadə kodunu Kargolux əməkdaşları mağazaya müraciət edərək sizin yerinizə əldə edirlər.
Karqo sektorunda fərqimizi hər zaman hiss etdirməyi bacarırıq. Sizin də seçiminiz Kargolux olsun, fərqimizi hiss edin!