Müştərilərin nəzərinə: Fakturanın əlavə edilməsi ilə bağlı vacib qeyd
Türkiyə ünvanına olan sifarişlərdə artıq fakturanı “Smart Customs” tətbiqinə daxil etmədən öncə “KargoLux” sayt və ya mobil tətbiqində bəyan etmək vacibdir.
-
Bunun üçün ilk öncə, “KargoLux” mobil tətbiq tətbiqinə və ya saytına gəlin.
-
Faktura əlavə etmək seçimini edərək sifariş verdiyiniz bağlamaya məxsus olan fakturaya düzəliş edin.
Düzəliş edərkən ilk öncə bağlamanın invoys faylına və invoys qiymətinə fikir verməlisiniz. Bu, “Smart Customs” tətbiqində problem yaşamamaq və bağlamanızın problemsiz çatdırılması üçün əsasdır.
-
Daha sonra faktura düzəlişini tamamlayaraq “Smart Customs” tətbiqinə keçid edin.
-
Uyğun şəkildə bağlamanızın məlumatlarını tətbiqə daxil edərək prosesi tamamlayın.
Bu zaman əsas şərt, invoys qiymətinin malın üzərindəki və “KargoLux”a daxil etdiyiniz qiymətlərlə eyni olmalıdır.
-
Bəyannaməni tamamladıqdan sonra bağlamanız yola düşəcəkdir.