# 2 il əvvəl

E-manat terminalı ilə daşınma haqqını ödəmək qaydası

Hər zaman müştəri məmnuniyyəti bizim üçün çox önəmli faktorlardan biri olmuşdur. Xidmət səviyyəsini ən üst səviyyədə saxlayaraq, müştərilərimizin sifarişlərini daha rahat və təhlükəsiz həyata keçirmələrini təmin etmək əsas prioritetimizdir.

E-manat terminalı ilə ödəniş imkanı!

Dəyərli Kargolux müştəriləri, sizin üçün ən yaxşısını etmək məqsədilə E-manat terminalı vasitəsilə onlayn ödəniş etmək imkanını aktiv etdik. Artıq E-manat terminalı vasitəsi ilə həm tl, həm də azn balansınızı artıraraq, sifarişlərinizi verə, daşınma haqqını rahatlıqla ödəyə bilərsiniz.

E-manat terminalı ilə balansı necə artırmaq olar?

Bunu sizə mərhələ-mərhələ aşağıdakı sıralamada izah edəcəyik.

  1. E-manat terminalının əsas menyusundan ikinci səhifəyə keçməlisiniz.

  2. Əsas menyunun ikinci səhifəsinə keçdikdən sonra “Karqo xidmətləri” bölməsi qarşınıza çıxacaq və bu bölməyə tıklayırsınız.

  3. Açılan yeni səhifədən Kargolux-un üzərinə tıklamalısınız.

  4. Yeni səhifədə qarşınıza “AZN balansı” və “TL balansı” hissəsi çıxacaq. Tl və ya azn balansınızı artırmaq istəyinizdən asılı olaraq, seçim edərək tıklayırsınız.

  5. Daha sonraki səhifədə müştəri kodunuzu daxil edərək, irəli düyməsinə toxunursunuz.

  6. Açılan sonuncu səhifədə məbləği daxil edirsiniz və ödənişi həyata keçirirsiniz.

Göründüyü kimi, E-manat terminalı ilə balansın artırılması olduca rahat və vaxt itkisinə yol verməyən üsullardan biridir. 

Elə isə nəyi gözləyirsiniz, " Mavidən sifariş ", " Stradivariusdan sifariş " kimi məşhur markalardan sifarişlərinizə elə indi başlayın.