Derimoddan sifariş və çatdırılma
Derimod nə zaman yaranmışdır?
1974-cü ildə dəri və dəbi birləşdirmək məqsədi ilə qurulan Derimod, dərinin nəcibliyini günün cizgilərinə çatdıraraq, yeni bir həyat tərzinin və zərifliyin ilk təmsilçisi oldu.
Türkiyədə dəri və modanı birləşdirən ilk marka olan Derimod, 41 ildir ki, öz sektorunda ilklərin öncüsü olmağa davam edir. İlkləri ilə sektorda fərqlənən Derimod, 1982-ci ildə ABŞ-ın Los Angeles/Beverly Hills şəhərində mağaza açdı və xaricdə mağaza açan və bunu öz markası ilə edən ilk dəri şirkətidir. Sektorda öz markası ilə ünsiyyət və reklam fəaliyyəti həyata keçirən və bu işlərdə Linda Evangelista, Mila Jovoviç kimi bir çox dünyaca məşhur modellərdən istifadə edən Derimod, xaricdə dəb çəkən ilk türk dəri markası olma adını da daşıyır.
Derimoddan sifariş rahatdırmı?
Dəyişən istehlakçı gözləntilərinə və dəyişən həyat tərzinə uyğun olaraq hazırlanmış məhsul və kolleksiyaları ilə müştərilərinə özlərini sərbəst və rahat ifadə etmə fürsəti təqdim edir. Kolleksiyalarını daim yeniləyən Derimod hər bir məhsulunda dərinin nəcibliyini və zərifliyini əks etdirir. Yarandığı gündən sektoru, müştəriləri və cəmiyyəti üçün dəyər yaratmağı prinsipini mənimsəyən bir marka olan Derimod, innovativ kampaniyaları və sosial məsuliyyət layihələri ilə üzərinə düşən vəzifələri yerinə yetirməyi hədəfləyir. Büdcənizə uyğun karqo qiymətləri ilə Derimoddan sifariş indi çox daha rahatdır!
Türkiyə daxilində 110 mağazası olan Derimod, küçə modasını əks etdirən Mood By Derimod ilə gənclərin könlünü fəth edir.
Derimoddan çatdırılma üçün tələsin!
Derimod məhsullarını əldə etmək istəyirsinizsə, alış-veriş saytına yollanmaq ən doğru qərarlardan biri ola bilər. Hal-hazırda sezon məhsullarına 50%-ə qədər endirim tətbiq olunur və bu ən yaxşı fürsət ola bilər. Derimoddan çatdırılma isə Karqolux ilə çox asan və sərfəlidir.
Karqolux üstünlükləri `ndən yararlanaraq sifarişlərinizə başlaya bilərsiniz.