Türkiyədən baxım məhsullarının sifarişi
Bildiyimiz kimi, Türkiyədən məhsulları onlayn sifariş etmək artıq daha da asanlaşıb. Sifariş verənlərin əksəriyyəti qadınlar olduğundan ölkəmizə çatdırılan məhsullar arasında makyaj və baxım məhsullarının xüsusi yeri var. İl ərzində xanımların ən çox pul xərclədiyi alış-verişlərdən biri də kosmetika, baxım məhsulları alış-verişləridir.
Türkiyədən baxım məhsulları sifarişi başladı!
Türkiyədən baxım məhsulları sifariş etmək, sizin üçün həm qiymət, həm də keyfiyyət baxımından çox uyğundur. Bu baxım məhsullarına üz və əl kremləri, saç üçün baxım ləvazimatları, hər növ makiyaj məhsulları aiddir. Türkiyədən sifariş etdiyiniz bütün məhsullar orijinal və sərfəli qiymətədir və Türkiyənin alış-veriş saytlarından ucuz karqo tarifləri ilə ölkəmizə rahatlıqla sifariş edə bilərsiniz.
Türkiyə kosmetik onlayn alış-veriş saytları aşağıdakılardır:
- Trendyol- Çoxumuz demək olar ki, geyimdən kosmetikaya qədər, hər şeyi Trendyol alış-veriş saytından sifariş edirik. Trendyolda baxım məhsullarının müxtəlif növləri mövcuddur. Burada siz istənilən rəngdə, formada, qiymətdə baxım məhsullarını rahatlıqla tapa bilərsiniz. İlin bir çox aylarında endirimlərin olduğu bu saytda həm qadın, həm də kişi üçün baxım məhsulları mövcuddur.
- Gratis- Türkiyənin ən böyük onlayn məhsullarının satıldığı platformadır. Siz baxım üçün lazım hər növ məhsulları sifariş edə bilərsiniz.
- Kozmela- Kosmetika məhsullarını ala biləcəyi saytlardan biri də bu saytdır.
- Lorealparis- L'Oréal qərargahı Parisdə yerləşən və hazırda dünyanın ən böyük kosmetika istehsalçısı olan Fransız istehlak malları qrupudur. Şirkət L'Oréal Paris, Garnier, Maybelline Jade, Essie, Softsheen Carson və NYX Cosmetics kimi brendlərin sahibidir.
- Nivea- Dəriyə və bədənə qulluq üçün dünyanın ən yaxşı kosmetika markalarından biridir. Nivea Almaniyanın Hamburq şəhərində yerləşən Beiersdorf Global AG şirkətinə məxsusdur. Şirkət 28 mart 1882-ci ildə Paul Carl Beiersdorf tərəfindən təsis edilmişdir. 1980-ci illərə qədər, demək olar ki, dünyanın bütün ölkələrində fərdi qulluq mağazalarında əsas markalardan birinə çevrilməyi bacardı.
- Garnier- Məhsulları Yaxın Şərq bazarında ən çox seçilən fərdi qulluq markaları arasındadır. Xüsusilə saç baxımı sektorunda dünya trendlərini istiqamətləndirir.
- Mac- Şirkət ümumilikdə makiyaj sənayesində ən yaxşı brendlər sırasındadır. Dünyaca məşhur şirkətin bütün məhsulları Türkiyədə, xüsusilə də lüks şəxsi baxım mağazalarında mövcuddur.
- Maybelline- Baş ofisi ABŞ-ın Nyu York şəhərində yerləşən Amerika çoxmillətli kosmetika, dəriyə qulluq, ətir və fərdi qulluq şirkətidir. 1914-cü ildə Çikaqoda yaradılıb və 1996-cı ildən Fransanın L'Oréal kosmetika şirkətinin törəmə şirkəti kimi fəaliyyət göstərir.
Bundan əlavə Trendyol Collection Endirimləri ilə dəbli geyimlərdən həzz ala bilərsiniz.