# 1 il əvvəl

Bambi-dən sifariş və çatdırılma

Bambi məhsullarının Türkiyədən çatdırılması Kargolux ilə çox asan, ucuz və sərfəli!

Bambi ən çox alış-veriş edilən ayaqqabı markalarından biridir. 

Bambi ayaqqabı modelləri

Bütün üslublara xitab edən Bambi ayaqqabı modelləri sizə maksimum rahatlıq təqdim edir. Daim özünü təkmilləşdirən yenilikçi quruluşu ilə ən son tendensiyaları yaxından izləyir və gündəlik ayaqqabı modelləri ilə sizə rahatlıq və zəriflik təqdim edir. Hər zövqə xitab edən Bambi ayaqqabı modelləri qadınların vazkeçilməzləri olan dikdaban ayaqqabı modellərində də yeni qapı açır. İncə daban, stiletto, platforma daban və daha bir çox variantları ilə göz oxşayır. 

Bambi indirim kodu | %30 | Ağustos 2022 | indirimkuponum.net

Geniş məhsul çeşidi ilə zövqünüzə uyğun  modelləri təqdim edir. Qadın iş geyimi kombinasiyaları üçün klassik seçimlərə daha çox üstünlük verilir. Gündəlik idman ayaqqabıları həftə sonu alış-verişləriniz və səyahətləriniz üçün xilaskarınız olacaq. Sizə mükəmməl duruş və rahatlıq təqdim edən ayaqqabılar dəbli xanımların sevimlisinə çevriləcək. 

Bambi hər zövqə xitab edən ayaqqabı modelləri ilə ən çox seçilən markalardan biri olmağı bacarır. Hər konseptə uyğun modellərlə geyimlərinizi tamamlayır və bir-birindən dəbli modellər ən sərfəli qiymətə Trendyol-da sizlərin xidmətinizdədir. Yüzlərlə ayaqqabı modeli ilə Bambi keyfiyyətini ortaya qoyur və müasir dizaynları və dəbli rəng tonları ilə ayaqqabı dünyasında yeni bir qapı açır. 

Kargolux karqo sektorunda uğurlu addımlarla addımlayaraq, və müştərilərin güvənin qazanaraq fəaliyyət göstərir. Müştərilərin güvənini qazanmaq bizim ən vacib uğurumuzdur. Karqo sektorunda seçilməyimizin bir sıra səbəbləri var ki, bunların hər biri üstünlükdür. 

Üstünlüklərimiz nələrdir?

Kargolux-un ən böyük üstünlüklərindən biri xarici anbara daxil olan bağlamaların eyni gün ərzində sistemə vurulmasıdır. Belə ki, sifariş verdiyiniz məhsul xarici anbara daxil olan kimi, gözlədilmədən sistemdə öz əksini tapmış olur. Bu sürətli işimizin nümunələrindən sadəcə biridir. 

Xarici anbarda sistemə daxil olan bağlamalar tez bir zamanda yola salındıqdan sonra, gömrük yoxlamasından asılı olaraq 1-2 iş gün ərzində artıq yerli anbara daxil olur. Məhsulunuzu onlayn formada statusunu izləyərək, bağlamanızın harda olmasına dair məlumat ala bilirsiniz. Yəni, SMS bildiriş sistemimiz ilə müştərilərin hər biri bağlamalarının xarici anbara daxil olduğundan, yola salındığından və yerli anbara daxil olduğundan xəbərdar olur. Məhsulunuzun yerli anbarda olduğuna dair SMS bildirimi aldığınız andan etibarən filial və məntəqələrimizə yaxınlaşaraq, bağlamanızı əldə edə bilərsiniz. 

Daşınma haqqını həm onlayn, həm də nağd formada ödəmə imkanınızın olması Kargolux-un sizin üçün yaratdığı rahat alış-veriş sisteminin bir nümunəsidir.

Bundan əlavə olaraq, vaxtınız yoxdursa, bağlamanızı gəlib götürmənizə ehtiyac yoxdur. Belə ki, sürətli və operativ kuryer xidmətimizdən yararlana bilərsiniz. Kuryer sifariş edərək, bağlamanızı qapınızda qarşılaya bilərsiniz.

Bakı şəhərinin mərkəzində yerləşən Baş ofisi, Neftçilər filialı və 15-dən çox paylama məntəqəsi ilə xidmət göstərən Kargolux bütün Azərbaycana çatdırılmanı daha rahat etdi. Belə ki, regionlarda yaşayan vətəndaşlarımız üçün də Türkiyədən alış-verişi daha rahat hala gətirdik. 

Möhtəşəm Kampaniyalarımızla tanış olun!

Sürətli çatdırılması ilə seçilən Kargolux hal-hazırda davam edən möhtəşəm kampaniyaları ilə də müştəriləri məmnun etməkdə davam edir. Belə ki, ilk qeydiyyatda 1kq=0.90$ kampaniyası aylardır davam edən Kargolux yeni bir kampaniyanı da başlatmışdır. Bu kampaniya isə bütün müştərilərə şamil edilir və 1kq=3.20$ tarifi ilə çatdırılmanı vəd edir. “Qızmar Yay” kampaniyası müddətlidir və avqust ayının son günü başa çatmış olacaq. Möhtəşəm kampaniyalarımızı fürsətə çevirin, yay bitmədən alış-veriş səbətlərinizi doldurun, Bambi ayaqqabı modelləri sifarişlərinizi verin, Kargolux möhtəşəm tariflərlə çatdırsın!

Türkiyədən çatdırılma ilə əlaqəli bütün xəbərləri bura klik edərək öyrənə bilərsiniz.