# 1 il əvvəl

Trendyoldan birbaşa sifariş: 8 addımda ünvana sifariş

Trendyoldan birbaşa sifarişlərin çatdırılmağa başlaması ilə bağlamalarını “Gəl al” nöqtəsindən almaq istəməyən müştərilər sifarişlərini birbaşa olaraq ev və ya işünvanlarına edə bilər.

Bəs bunun üçün nə etmək lazımdır?

Bağlamanızı ünvandan təhvil almaq üçün: 

 

  1. İlk öncə Trendyol tətbiqinə daxil olun

 

  1. Trendyoldan birbaşa sifariş üçün “Azərbaycandan birbaşa al” düyməsinə klik edin. Bu seçimdən sonra siz ancaq Azərbaycana çatdırılması mümkün olan məhsulları sifariş edə biləcəksiniz. Digər məhsulları əldə etmək üçün yenidən ölkə seçimini dəyişdirərək ənənəvi çatdırılma üsulu ilə bağlamalarınızı KargoLuxa həvalə edə bilərsiniz!

  2. Bağlamalarınızı təhlükəsiz şəkildə almaq üçün məlumatlarınızı dəqiq və aydın şəkildə bildirin.

    Bəs sifarişin rahat və təhlükəsiz çatdırılması üçün hansı məlumatlar lazımdır?

    İlk öncə ad, soyad, əlaqə məlumatlarını daxil et. Burada, həmçinin FİN kod tələb olunur ki, mütləq şəkildə düzgün yazmaq tövsiyə edilir. Ona görə ki, səhv yazdığınız təqdirdə bağlamanız gömrükdə saxlanılacaq.

    Bundan sonra isə “Adres bilgilerim” hissəsinə yaşadığın ünvanı - Şəhər və rayonu tam dəqiq olmaqla seçin. Şəhər və rayon seçimindən sonra bağlamanı təhvil alacağınız ünvanı dəqiqliklə qeyd edin. “Adres başlığı” hissəsinə “Ev” və ya “İş” ünvanı kimi başlıq əlavə etməklə bu hissəni bağıayın.

  3. Dördüncü addımda bəyəndiyiniz məhsulları səbətə əlavə edin və səbəti onaylayın.

  4. Bu addımda isə “Ünvandan təhvil al” seçimini edərək ödənişlər hissəsinə keçid edin.

  5. Ödənişi tamamlayın və bildirişləri açıq saxlayın. Həmçinin bağlamanızı da Trendyol mobil tətbiqindən izləyə bilərsiniz.

  6. Məhsulunuz xarici anbara gələrkən, onu invoys məlumatları və bağlama detallarını yazaraq “Smart Customs”a daxil edin.

  7. Bağlamanız Azərbaycana - sizə doğru yola düşməyə hazırdır.