# 1 il əvvəl

Mavidən sifariş və çatdırılma

Mavi nə zaman yaranmışdır?

Mavi 30 ildən artıqdır ki, fəaliyyət göstərən Türk markasıdır. 34 ölkədə fəaliyyət göstərən mağazaları və onlayn alış-veriş saytı ilə lider markalardan biridir. Etibarlı brendlərdən sayılan Mavi düzgün qiymət strategiyası və keyfiyyətli məhsulları ilə seçilməkdə davam edir. İstehsal olunan məhsullar əsasən cins materialdan ibarət olur və hal-hazırda Mavi dünyanın ən yaxşı cins markalardan biridir. 

Mavi | Brands of the World™ | Download vector logos and logotypes

Mavidən sifariş etməyə dəyərmi?

Türkiyə markaları arasında ən yaxşılardan biri sayılan Mavi-nin onlayn alış-veriş ziyarətçisinin sayı 8 milyondan artıqdır. Modanı yaxından izləyən və dəblə geyinməyə çalışan  gənclərin seçimi hər zaman Mavi markasının keyfiyyətli geyimləridir. Mavinin ən böyük uğurlarından biri isə hər il 1milyondan artıq müştərinin markaya cəlb olunmasıdır.

2008-ci ildə böyük bir addım ataraq Mavi Jeans-dən Mavi-yə keçid strategiyasına başlayan marka cins şalvarda olan əvəzolunmaz liderliyi digər məhsullara da daşıdı. Belə ki, hal-hazırda geyim, aksesuar və bir çox kateqoriyada olan məhsulları da təqdim edir. Sevilən marka evinizin kiçik üzvlərini də unutmur. Uşaqlar üçün təqdim olunan kolleksiyalar hər zaman sevilir və alış-veriş rekordları qırır. Mavi-nin "Çok mu Çok Mavi’yiz" və "Çok mu Çok Modayız" kampaniyaları çox tanınmışdır və minlərlə insan bu kampaniyadan yararlanmışdır.

 

Endirimli kampaniyalar ilə Mavidən çatdırılma çox daha ucuzdur!

 

Sizə Mavi-nin alış-veriş saytından hansı kateqoriyalar üzrə məhsul əldə edə biləcəyinizi qeyd edirik.

İlk öncə qeyd edək ki, sevimli markanız olan Mavi-də hal-hazırda sərfəli endirim kampaniyaları davam edir.

Belə ki, qadın, kişi və həmçinin uşaq geyimlərinə 50%-ə qədər endirim tətbiq edilir. Bu endirimlər həm yay sezonu məhsullarına, həm də köhnə kolleksiyaya aid məhsullara şamil edilir. Bu endirimləri kargolux xidmətləri ilə fürsətə çevirin və alış-veriş edin ki, qarderobunuz rəngli və gözoxşayan olsun.

 

Ən sərfəli və ən ucuz kargo qiymətləri ilə Mavidən sifariş və çatdırılma etməyə tələsin!