# 2 il əvvəl

2022 Yay trendləri

2022 yay trendləri mövzusu dəblə geyinməyi sevən hər kəsin diqqətini çəkəcək. Modasevərlərə səslənir ki, bu bloqumuz məhz sizin üçündür. Sizə bu yay mövsümündə dəbdə olacaq geyim növlərini, rəngləri və parçaları təqdim edəcəyik.

Ümumilikdə qeyd edək ki, bu yay mövsümündə də digər fəsillərdəki kimi rahat, sadə və minimal parçalar dəbdə olacaq. Son illər müşahidə edirik ki, dəb aləmində də komfort böyük rol oynayır və 2022 yay trendləri arasında rahat parçalar yenə ön planda olacaq. Bu rahatlığına düşkün olan insanlar üçün əla xəbər olacaq. Bol model donlar, şalvarlar və ətəklər bu yayın əvəzolunmaz parçaları olacaq və bu geyimlərdə siz daha rahat hiss edəcəksiniz.

The 5 Best Summer 2022 Fashion Trends: Sportswear, Cut-Outs, & More

İllərdir dəbdən düşməyən və 2022 yay trendlərində də yerini tutan mini ətəklər qarderobunuza rəng qatacaq. Üstəlik mini ətəkləri blazer pencəklərlə kombinləşdirmək cazibədar görünmənizi təmin edəcək.

2022 yay trendləri arasında uçuşan geyimlər ilk sıralarda yer alır. Özəl günlərinizdə yay gecə geyimləriniz arasında bu tip parçalar sizi gözoxşayan edəcək.

Sıra isə oversize parçalardadır! Belə ki, artıq qarderoblarımızın bir nömrəli parçaları olan oversize geyimlər bu yay da dəbdə olacaq. Bu yay bizimlə olacaq oversize parçalardan ibarət kombinlər isə sizə həm komfortu, həm də dəbi hiss etdirəcək.

Bu yay pozitiv enerjini üzərinizdəki geyimlərdən alacaqsınız. Belə ki, 2022 yay trendlərində çiçəkli don, ətək və hətta aksesuarlar da sözün əsl mənasında “vazgeçilməz” olacaq.

2022 yay trendləri arasında bəyaz parçalar da yer alır. Xüsusilə, zərif ağ libaslar yayın əvəzolunmaları arasında olacaq. Odur ki, yaya hazırlaşın və qarderobuzu ağ rəngə bürüyün.

The Fashion Trends of Summer 2022: Your Guide | Marie Claire

Bu yay 70-lər havası hiss edəcəksiniz! Çünki retro parçalardan ibarət kombinlər yay trendlərində birinci yerdədir deyə bilərik. 70-lərin retro havasını 2022-nin yay mövsümündə hiss etmək sizi keçmişə aparacaq.

Bəs bu yay hansı parçadan olan geyimlər dəbdə olacaq?

2022 yay trendləri arasında kətan parçalardan ibarət geyimlər hər kəsin sevimlisinə çeviriləcək. Kətan donlar və şalvarlar bu yay hər birinizin qarderobunda yer alacaq və sevimli geyimləriniz sırasına qatılacaq.

Assimetrik libaslar bu yay qarderobların “ən” parçaları sırasındadır. Geyimdə kəsiklər və yarıqlar cazibədar görüntü verəcək və gözoxşayan olmanıza səbəb olacaq.

Dəri parçalar artıq son bir neçə ildə dəbdən düşməyən parçalardır. Odur ki, 2022 yay trendlərində də bu möhtəşəm parçadan ibarət geyimlər yer alacaq.

Ümumilikdə, 2022 yay rəngləri arasında trend rəng yaşıl olacaq. Bundan əlavə olaraq, bu yay qırmızı rəng və yaşılın digər tonlarından ibarət geyimlər də dəbdə qalmaqda davam edəcək.

Yuxarıda qeyd etdiyimiz 2022 yay trendlərində yer alan parçalar və rənglərdən ibarət geyimləri əldə etməyin ən asan və sərfəli yolu Türkiyədən onlayn sifariş etmək olacaq. 2022-nin yayında dəbli görünmək və qarderoblarınızı dəbə uyğun başdan yaratmaq istəyirsinizsə, heç düşünmədən Türkiyənin onlayn alış-veriş platformalarına üz tutmalısınız. Keyfiyyət və sərfəli qiymətin bir arada olduğu Türkiyə alış-veriş saytları sizə bol çeşidli məhsullar təqdim edir.

Səbətinizə əlavə etdiyiniz məhsulları Kargolux-la sifariş etmək ən doğru seçim olacaq. Çünki Türkiyədən sürətli çatdırılma Kargolux-la mümkündür. Türkiyə alış-veriş saytlarından seçdiyiniz istənilən məhsulu evinizə gətirəcəyik. Sərfəli tarif xidmətimizi isə unutmamalısınız. Kargolux-da qeydiyyatdan keçin, sifarişiniz “1kq=0.90$” tarifi ilə daşınsın. Bütün sifarişləriniz Kargolux-la 3-5 iş günü ərzində yerli anbara daxil olacaq və bu haqda birbaşa olaraq məlumat alacaqsınız. Bundan əlavə olaraq,  kuryer xidmətimizdən yararlanın, bağlamanızı düz qapınıza qədər çatdıraq! Kargolux karqo sektorunda qoyduğu fərqlər ilə müştərilərinə mükəmməl xidmət göstərmək üçün çalışır. Siz də sifarişlərinizi bizimlə edin, xidmətlərimizin keyfiyyətini görün.