• Haqqımızda
  • Sual-cavab
  • Daşınma şərtləri
  • Şəxsi məlumatların qorunması
Google Play
App Store
  • Xidmətlərimiz
  • Tariflər
  • Xidmət şəbəkəsi
  • Avto-bəyan
  • Yeniliklər
  • Xəbərlər
  • Bağlama axtar
Daxil ol
Qaydalar və Daşıma şərtləri №1

Kargolux xidmətlərindən istifadə edən hər bir istifadəçi aşağıda qeyd olunan qayda və şərtlərlə tanış olduğunu və onları tam şəkildə qəbul etdiyini təsdiq edir.

Gömrük limitləri

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 14 oktyabr 2013-cü il tarixli 305 nömrəli qərarına əsasən, fiziki şəxslər 30 gün ərzində ümumi dəyəri 300 ABŞ dolları ekvivalentini keçməyən məhsulları gömrük rüsumu ödəmədən ölkəyə idxal edə bilərlər.

Məbləğ limitinin aşılması hallarında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq gömrük rüsumları, vergilər və digər ödənişlər tətbiq edilir. Bu ödənişlərin hesablanması və ödənilməsi tam şəkildə sifarişçinin məsuliyyətindədir.

18 yaşına çatmamış şəxslərin adına beynəlxalq sifarişlərin rəsmiləşdirilməsi və gətirilməsi qanunvericiliyə uyğun olaraq məhdudlaşdırıla və ya qadağan edilə bilər.

Bəyannamə və gömrük rəsmiləşdirilməsi

Müştəri sifariş etdiyi məhsulları qanunvericiliyə uyğun olaraq Smart Customs sistemində bəyan etməyə borcludur.

Gömrük orqanları tərəfindən əlavə sənəd, qaimə, ödəniş və ya izahat tələb edildiyi hallarda müştəri bu prosedurları müstəqil şəkildə həyata keçirməlidir.

Gömrük rüsumlarının, saxlanma haqlarının, cərimələrin və digər ödənişlərin vaxtında ödənilməməsinə görə şirkət məsuliyyət daşımır.

Qadağan olunmuş məhsullar

Azərbaycan Respublikasının qüvvədə olan qanunvericiliyinə əsasən aşağıdakı məhsulların ölkəyə gətirilməsi, saxlanılması və ya daşınması qadağandır:

• Hər növ odlu silahlar, pnevmatik silahlar, döyüş sursatları və onların hissələri
• Hərbi təyinatlı məhsullar, avadanlıqlar və texnika
• Partlayıcı maddələr, pirotexniki vasitələr və partlayıcı qurğular
• Narkotik vasitələr, psixotrop maddələr, onların prekursorları və istifadəsi üçün nəzərdə tutulmuş vasitələr
• Radioaktiv maddələr və materiallar
• Bioloji, infeksion və təhlükəli maddələr
• Zəhərli və toksikoloji maddələr
• Civə, turşular, kimyəvi reagentlər və digər təhlükəli kimyəvi məhsullar
• Canlı heyvanlar
• İnsan orqanları, toxumaları və bioloji materiallar
• Tezalışan və yanıcı maddələr
• Tez xarab olan qida məhsulları
• Saxta pul, qiymətli kağızlar və pul istehsalı üçün avadanlıqlar
• Terrorizmi, zorakılığı, ekstremizmi və ya qanunazidd fəaliyyətləri təbliğ edən materiallar
• Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan edilmiş digər məhsul və əşyalar

Kargolux yalnız logistika və daşıma xidməti göstərən şirkətdir. Şirkət müştərilərin sifariş etdiyi məhsulları seçmir, satın almır, istehsal etmir və məhsulun məzmununu əvvəlcədən yoxlamır.

Müştəri sifariş etdiyi məhsulun Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olmasına görə tam məsuliyyət daşıyır. Qadağan olunmuş və ya məhdudlaşdırılmış məhsulların sifariş edilməsi nəticəsində yaranan bütün hüquqi, inzibati, maliyyə və digər məsuliyyətlər sifarişçinin üzərinə düşür.

Gömrük orqanları tərəfindən məhsulun saxlanılması, müsadirə olunması, geri qaytarılması, məhv edilməsi və ya cərimə tətbiq olunması hallarında şirkət heç bir məsuliyyət daşımır.

Şirkət qanunvericiliklə qadağan olunmuş və ya daşınması mümkün olmayan məhsulların qəbulundan və daşınmasından imtina etmək hüququnu özündə saxlayır.

Məhsulun keyfiyyəti və uyğunluğu

Şirkət məhsulun keyfiyyəti, ölçüsü, rəngi, orijinallığı, texniki göstəriciləri, komplektasiyası və ya satıcının təqdim etdiyi məlumatların düzgünlüyünə görə məsuliyyət daşımır.

Qüsurlu, zədələnmiş, natamam və ya təsvirə uyğun olmayan məhsullarla bağlı bütün müraciətlər birbaşa satıcı mağazaya ünvanlanmalıdır.

Çatdırılma müddətləri

Çatdırılma müddətləri təxmini hesab olunur.

Aviareyslərdə gecikmə, hava şəraiti, gömrük yoxlamaları, dövlət qurumlarının qərarları, xarici anbarların fəaliyyəti, satıcı mağazalar və digər üçüncü tərəflərin fəaliyyəti nəticəsində yaranan gecikmələrə görə şirkət məsuliyyət daşımır.

Xarici anbara çatdırılma

Məhsul xarici anbara çatdırılana qədər bütün məsuliyyət satıcı mağaza və ya göndərən tərəfin üzərindədir.

Satıcının məhsulu yanlış ünvana göndərməsi, ümumiyyətlə göndərməməsi və ya itirməsi hallarında şirkət məsuliyyət daşımır.

Bağlamanın təhvil alınması

Bağlama anbara daxil olduqdan sonra müştəriyə SMS, mobil tətbiq bildirişi, e-mail və ya digər vasitələrlə məlumat göndərilə bilər.

Müştəri bağlamanı filialdan təhvil ala və ya əlavə ödəniş qarşılığında kuryer sifariş edə bilər.

Bağlama təhvil alınarkən yoxlanılmalıdır. Sonradan bildirilən çatışmazlıq və ya zədələnmələrə görə şirkət məsuliyyət daşımır.

Saxlanma müddəti

Müştəri məlumatlandırıldıqdan sonra bağlama 15 gün ərzində təhvil alınmadıqda əlavə saxlama haqqı tətbiq edilə bilər.

Temu sifarişləri 30 gün, Trendyol sifarişləri isə 90 gün ərzində təhvil alınmadıqda şirkətin daxili prosedurlarına uyğun olaraq bağlama üzərində sərəncam vermək hüququ yaranır.

Ödəniş qaydaları

Daşınma xidməti haqqı bağlama təhvil alınarkən tam şəkildə ödənilməlidir.

Müştərinin məhsuldan imtina etməsi daşınma haqqının ödənilməsi öhdəliyini aradan qaldırmır.

Balansa əlavə edilmiş və istifadə olunmamış vəsait yalnız şirkətin xidmətlərindən istifadə üçün nəzərdə tutulur və nağdlaşdırıla bilməz.

Məxfilik

Müştərinin təqdim etdiyi şəxsi məlumatlar məxfi saxlanılır və yalnız qanunvericiliklə müəyyən edilmiş hallarda aidiyyəti dövlət orqanlarına təqdim edilə bilər.

Hesabın məhdudlaşdırılması

Şirkət əməkdaşlarına qarşı təhqir, hədə-qorxu, etik normalara zidd davranış, qanunsuz fəaliyyət cəhdləri və ya xidmətlərdən sui-istifadə hallarında istifadəçi hesabını məhdudlaşdırmaq və ya tam bağlamaq hüququnu özündə saxlayır.

Dəyişiklik hüququ

Şirkət istənilən vaxt bu qayda və şərtlərə dəyişiklik etmək hüququnu özündə saxlayır. Yenilənmiş qaydalar saytda dərc edildiyi andan qüvvəyə minmiş hesab olunur.

Reklam və bildirişlər

Qeydiyyatdan keçən istifadəçi şirkət tərəfindən göndərilən SMS, e-mail, mobil tətbiq bildirişləri, kampaniya məlumatları və digər informasiya xarakterli bildirişləri qəbul etdiyini təsdiq etmiş hesab olunur.

Kargolux xidmətlərindən istifadə edən hər bir istifadəçi yuxarıda qeyd olunan bütün qayda və şərtlərlə tam razılaşdığını təsdiq edir. 

Daha öncədən əldə etdiyimiz təcrübələrə əsaslanaraq, keyfiyyətli xidmət göstərəcəyimizdən sizləri əmin edirik.
Google Play
App Store
Əsas səhifələr
Ana Səhifə
Tariflər
Xidmətlər
Yeniliklər
Əlaqə
Digər
Haqqımızda
Suallar
Daşınma şərtləri
Şəxsi məlumatların qorunması
Əlaqə
Nərimanov rayonu, Faiq Yusifov 16
+994 12 5252626
[email protected]
© 2025 Kargolux. Bütün Hüquqlar Qorunur
Şərtlər və qaydalar
Kuki siyasəti
mastercard