
Sevdiyiniz Stradivarius geyimlərini İspaniyadan almaq həm daha sərfəli, həm də çox asandır. Brend Azərbaycana birbaşa çatdırılma etmədiyi üçün Kargolux-un İspaniya ünvanından istifadə edərək arzuladığınız kolleksiyaları qısa zamanda əldə edə bilərsiniz.
Bu prosesin qısa video icmalı və vizual izahı üçün Instagram postumuza keçid edə bilərsiniz.
👉 Instagram Postu –Stradivarius Sifariş Qaydası
https://www.instagram.com/reel/DUDQnFzgVXK/
Sifarişə başlamazdan əvvəl bizə İspaniyada bağlamanı qəbul edəcək bir ünvan lazımdır:
Kargolux saytında və ya tətbiqində pulsuz qeydiyyatdan keçin.
Hesabınızda "Xarici Ünvanlar" bölməsindən İspaniya-nı seçin.
Buradakı ünvan məlumatlarını (Ad, Soyad, Ünvan, Kod və s.) kopyalayıb Stradivarius saytında istifadə edəcəksiniz.
Stradivarius-un rəsmi saytına daxil olun. Saytın aşağı hissəsinə enərək ölkə və dil seçimlərini tənzimləyin:
Ölkə: Spain (İspaniya)
Dil: English (İngilis dili) – bu, saytda rahat hərəkət etməyinizə kömək edəcək.
Stradivarius saytında mütləq qeydiyyatdan keçmək məcburiyyətində deyilsiniz:
"Continue as a guest" bəndini seçərək davam edin.
Çatdırılma üsulu: Bu məqamda diqqətli olun və mütləq "Home Delivery" ( Evə çatdırılma) variantını seçin.
Ünvan bölməsinə Kargolux-dan kopyaladığınız məlumatları uyğun xanalara yerləşdirin.
Sizə uyğun bank kartı məlumatlarını daxil edərək ödənişi tamamlayın və sifarişinizi bitirin.
Sifarişinizi tamamladıqdan sonra proses belə davam edir:
Stradivarius-dan Kargolux-a: Sifarişiniz əvvəlcə brend tərəfindən Kargolux-un İspaniya anbarına çatdırılır.
Bildiriş və Uçuş: Bağlama anbara daxil olan kimi sizə dərhal bildiriş (SMS/E-mail) gəlir. Kargolux-un sürətli uçuş planı ilə bağlamanız qısa müddətdə Bakıya yola düşür.
Təhvil Alma: Bağlamanız Bakıya çatdıqdan sonra onu Kargolux-un sizə yaxın olan filialından rahatlıqla təhvil ala bilərsiniz.