
Artıq İspaniyanın məşhur brendlərindən olan Mango-dan Azərbaycana rahat sifariş vermək artıq mümkündür. Bu bloqda sizə Kargolux vasitəsilə Mango İspaniya saytından necə sifariş verəcəyinizi addım-addım izah edəcəyik.
Bu prosesin qısa video icmalı və vizual izahı üçün Instagram postumuza keçid edə bilərsiniz: Instagram Postu – Mango Sifariş Qaydası
İlk addım Kargolux-da qeydiyyatdan keçməkdir; qeydiyyat tamamilə pulsuzdur. Qeydiyyatdan sonra sizə İspaniya anbar ünvanı veriləcək. Bu ünvanı Mango saytında "Delivery address" kimi istifadə edəcəksiniz. Kargolux məhsulu İspaniya anbarında qəbul edir, etiketləyir və Azərbaycana çatdırır.
Mangonun rəsmi saytına (https://shop.mango.com/es/es) daxil olub ölkə olaraq İspaniya (Spain / España) seçin avtomatik dil olaraq ispan dili seçimi qarşınıza çıxacaq.Davamında istədiyiniz məhsulları seçin.
Ölçü,rəng və sayı seçdikdən sonra məhsulu səbətə əlavə edin.Səbətə keçid edib “COMENZAR PEDIDO” düyməsinə klikləyin.Qeydiyyatdan keçmədən davam edə bilməyiniz üçün “Continuar sin cuenta” seçimini edin və növbəti mərhələyə keçid edin.Şəxsi məlumatları( ad,soyad və mail adresi) əlavə edin.
Sifarişinizin Kargolux anbarına düzgün çatması üçün ünvanı dəqiq doldurmaq lazımdır.Kargolux tətbiqini açaraq “xarici ünvanlar” hissəsinə klikləyin və xarici ünvanlar hissəsində İspaniyanı seçin.Qeyd edilən məlumatları kopyalayaraq Mango saytında şəxsi məlumatları əlavə etdiyiniz bölmədə həmin məlumatları əlavə edin.
Səbətinizi doldurduqdan sonra ən az bir hərf bir rəqəm olmaqla 10 simvoldan ibarət şifrə yaradın.”Continuar a pago” düyməsinə klikləyin və ödəniş səhifəsinə keçid edərək kart məlumatlarınızı əlavə edin.
Və budur! Sifarişiniz artıq yoldadır. İspaniyadan gələn dəbli geyimləriniz qısa müddətdə Bakıda olacaq.
Bunun əsas 3 səbəbi var:
Sifarişlərinizi Bakıya çatdırmaq üçün doğru kargo şirkətini seçmək vacibdir. Bəs niyə məhz Kargolux?