
Lefties məhsullarını İspaniyadan sifariş etmək düşündüyünüzdən də rahatdır. Məşhur İspaniya markası olan Lefties dəbə uyğun geyimləri olduqca sərfəli qiymətə təqdim edir. Bu bələdçidə sifarişin bütün addımlarını ətraflı izah edirik.
Axtarış bölməsinə lefties.com yazıb sayta keçin. Açılan səhifədə ölkə olaraq İspaniya, dil olaraq isə İngilis dilini seçin. Lefties saytında qadın, kişi və uşaq geyimləri ilə yanaşı ev dekoru və aksesuar məhsulları da mövcuddur.
Bəyəndiyiniz məhsulun rəng və ölçüsünü seçib səbətə atın. Daha sonra səbətə keçid edib Continue düyməsinə klikləyin.
Sifarişi tamamlamaq üçün Lefties saytında hesab açmaq lazımdır. Google və ya Apple hesabınızla bir neçə saniyəyə qeydiyyatdan keçə bilərsiniz. Alternativ olaraq e-mail ünvanı və şifrə ilə yeni hesab da yarada bilərsiniz.
Çatdırılma mərhələsində mütləq Home Delivery seçin. Bu, sifarişin Kargolux anbarına göndərilməsi üçün tələb olunan üsuldur.
Sifariş formasında çatdırılma ünvanı xanasına gəldikdə, aşağıdakı addımları izləyin:
Diqqət: Kargolux hər istifadəçiyə özəl original address (unikal identifikasiya kodu) verir. Sayt alternativ ünvan təklif etsə belə, mütləq öz original address-inizlə davam edin.
Bütün ünvan məlumatlarını daxil etdikdən sonra ödəniş mərhələsinə keçin. Uyğun ödəniş üsulunu seçib sifarişi tamamlayın.
Sifarişiniz Kargolux-un İspaniya anbarına çatan kimi sizə bildiriş göndəriləcək. Həftədə 3 reyslə bağlamalar Azərbaycana çatdırılır.