
Son vaxtlar kargo şirkətlərinin adından zəng edən və ya mesaj yazan fırıldaqçılar çoxalıb. Məqsədləri kart məlumatlarını və ya SMS kodlarını ələ keçirməkdir. Ona görə bir daha xatırladırıq: Kargolux-un rəsmi əlaqə nömrəsi yalnız 012 525 26 26-dır.
Zəng 012 525 26 26-dan başqa nömrədən gəlir.
Səndən kart nömrəsi, CVV və ya SMS kodu istənilir.
"Bağlaman gömrükdə qalıb, təcili ödəniş et" kimi tələsdirən ifadələr işlədilir.
Saytdan kənar şübhəli link göndərilir.
Şəxsi məlumatlarını, kart məlumatlarını və SMS kodlarını heç kimlə paylaşma.
Tanımadığın nömrələrə geri zəng etmə.
Şübhə yaranarsa özün 012 525 26 26-a zəng et və ya kargolux.az saytına daxil ol.
Bu yazını yaxınlarınla paylaş - onlar da xəbərdar olsun.
Instagram müştəri xidmətimiz artıq 7/24 işləyir. Bağlaman, sifarişin və ya xidmətlərimizlə bağlı istənilən sualını günün istənilən saatında Direktə yaz - cavabsız qalmayacaq.
Instagram Direkt: @kargolux
Rəsmi nömrə: 012 525 26 26