
Artıq İspaniyanın məşhur brendlərindən olan Bershka-dan Azərbaycana rahat və təhlükəsiz şəkildə sifariş vermək mümkündür. Bu bloqda sizə Kargolux vasitəsilə Bershka İspaniya saytından necə sifariş edəcəyinizi addım-addım izah edirik.
Bu prosesin qısa video icmalı və vizual izahı üçün Instagram postumuza keçid edə bilərsiniz.
👉 Instagram Postu – Bershka Sifariş Qaydası
https://www.instagram.com/p/DSriSVUjRKe/
İlk addım Kargolux-da qeydiyyatdan keçməkdir. Qeydiyyat tamamilə pulsuzdur. Qeydiyyatdan sonra sizə İspaniya anbar ünvanı təqdim olunur. Bu ünvanı Bershka saytında “Delivery address” kimi istifadə edəcəksiniz. Kargolux məhsulu İspaniya anbarında qəbul edir, etiketləyir və Azərbaycana göndərir.
Bershka-nın rəsmi saytına daxil olun:https://www.bershka.com/es.Ölkə olaraq Spain / España seçin. Dil olaraq ingilis dili seçimini edin.Daha sonra istədiyiniz məhsulları seçə bilərsiniz.
Ölçü, rəng və say seçimini etdikdən sonra məhsulu səbətə əlavə edin. Səbətə keçid edib “Process order” düyməsinə klikləyin.Qeydiyyatsız davam etmək üçün “Continue without registering” seçimini edin.Kliklədikdən sonra səhifədə olan “Home delivery” klikləyərək yeni məlumat doldurma hissəsinə keçid edəcəksiniz.
Sifarişinizin düzgün şəkildə Kargolux anbarına çatması üçün ünvan məlumatları dəqiq doldurulmalıdır.Kargolux tətbiqinə daxil olaraq “Xarici ünvanlar” bölməsindən İspaniya ünvanını seçin. Orada göstərilən məlumatları kopyalayaraq Bershka saytında ünvan bölməsinə əlavə edin.
Ödəniş üsulunu seçim edərək məlumatları doldurun.Ödənişi etdikdən sonra sifarişiniz uğurla yaradılır və sizə təsdiq e-maili gəlir.
Bunun əsas 3 səbəbi var:
Bershka İspaniya brendi olduğu üçün öz ölkəsində qiymətlər digər ölkələrlə müqayisədə daha münasib olur.
Yerli mağazalarda olmayan modellər, rənglər və kolleksiyalar İspaniya saytında daim mövcuddur.
İspaniya saytında tez-tez mövsümi endirimlər və xüsusi kampaniyalar keçirilir ki, bu da alış-verişi daha sərfəli edir.
Bershka sifarişlərinizi Azərbaycana çatdırmaq üçün doğru kargo şirkətini seçmək vacibdir.
İspaniya anbarına daxil olan bağlamalar qısa müddətdə Bakıya göndərilir.
Sifarişləriniz təhlükəsiz şəkildə, itki və zədələnmə riski olmadan çatdırılır.
Mobil tətbiq və ya sayt üzərindən bağlamanızı saniyələr içində bəyan edə bilərsiniz.