Müştərilər Smart Customs tətbiqində vəya e.customs.gov.az saytında bağlamalarını bəyan etdikdə 300 dollar limitini keçdikləri təqdirdə ödənilməli olan vergi məbləğini onlayn olaraq ödəyə bilirlər və bağlamalarını təhvil almaq üçün Gömrük orqanlarına yaxınlaşmalarına ehtiyaç qalmır. Müştərilər eyni zamanda bağlamaların gömrük anbarından saxlanc haqqından da (İlk gün üçün 15 AZN, sonraki hər gün üçün 2 AZN) azad edilirlər. Beləliklə müştərilər bütün bağlamalarını "Smart Customs"- da bəyan edərək həm saxlanc haqqından həm gömrüyə getməkdən həm də broker xidmətindən istifadə etməkdən azad edilirlər.