Onlayn alış-veriş mağazalarından özünüz sifariş etdiyiniz zaman öncədən saytımızda bəyan edilməsi tələb edilmir. Xarici anbara daxil olan bağlamanızın üzərində faktura olarsa biz sizin yerinizə bəyan edirik. Əgər məhsulun üzərində faktura olmazsa digər məlumatları doldururuq siz isə sadəcə məhsulun qiymətini yazıb təsdiq edirsiniz. Bunun üçün siz KargoLux.az saytına və ya mobil tətbiqinə daxil olaraq bağlamalarım bölməsindən məhsulunuzun sifariş nömrəsinə daxil olaraq (misal: LUX12345) bağlamanı redaktə edirsiniz, sonra isə məhsulun qiymətini yazıb təsdiq edirsiniz. Bununla siz bağlamanızı kargoluxda bəyan etmiş olursunuz.