Bağlamanızı təhvil almaq üçün ilk öncə ofisimizə yaxınlaşmalısınız. Bağlamalarınız üçün daşınma haqqını ödəyib, qaimə və barkodu əldə edirsiniz. Daha sonra bu sənədlər əsasında Hava Nəqliyyatında Baş Gömrük idarəsinə müraciət edərək bağlamanız haqda ətraflı məlumat əldə edirsiniz. Bakı Kargo terminalında saxlama xərclərini və gömrük ödənişlərini ödəyərək təhvil ala bilərsiniz.