# 1 ay əvvəl

Türkiyədən kitab sifarişi üçün saytlar

Texnologiyanın inkişafı ilə insanlar zamanla kitab oxumaqdan uzaq düşsələr də, hələ də cəmiyyətimizdə kitabsevər insanların sayı yetəri qədərdir. Əslində texnologiyanın inkişafı kitab sektoruna inanılmaz dərəcədə zərər vurdu desək yanılmarıq. Əvvəllər insanlar axtardıqları romanları, elmi əsərləri, araşdırmaları, hər hansı bir siyasi və ya tarixi hadisəni oxumaq və bunlardan agah olmaq istədikdə mütləq şəkildə bunu kitab vasitəsilə edərdilər. Hazırda isə insanlar kitab oxumaqdan daha çox bunu onlayn şəkildə etməyə üstünlük verirlər. Təbii ki, burada ən önəmli nüans ölkəmizdə kitabların bir çoxunun qiymətinin yüksək olmasıdır. Kitab qiymətlərinin yüksək olması dolayı yolla insanları kitaba çox pul verməkdən çəkindirir. Burada özəlliklə diqqət edilməli digər nüans isə kitab oxumalı olanlar gənclərdir. Fəqət gənclərin bir çoxunun tələbə olması və buna görə maddi olaraq azadlıqları olmadığından kitab üçün çox xərc çəkə bilmirlər. Əslində bunun da münasib bir yolu var.

Türkiyənin onlayn alış-veriş sektorunda kitab bazarının xüsusi bir çəkisi var. İstənilən kateqoriyadan olan kitabların sifariş edilə biləcəyi onlayn alış-veriş saytları mövcuddur. Təbii ki, burada ilk başda bütün sektorlarda olduğu kimi Trendyol gəlir. Bu sıralamada digər kitab saytları da var; Kitapyurdu, İdefix, Kitapseç, BKM, Pandora . Bu sıralamada olan saytlardan rahatlıqla istənilən kitabı tapa və sifariş edə bilərsiniz. 

Kitab qiymətləri baxımından Azərbaycan bazarından daha ucuz qiymətə tapa biləcəyiniz kitabların sifarişini elə indi Kargolux-la edə bilərsiniz. Azərbaycan bank kartlarını qəbul etməyən saytlardan kitab almaq üçün isə bizim “Biz Alaq” xidmətimizdən yararlana bilərsiniz. Hər zaman müştərilərinə dəyər verən Kargolux sizin üçün karqo xidmətində hər şeyin ən mükəmməlini etməyə davam etməkdədir.

TÜRKİYƏDƏN AZƏRBAYCANA KARQONUN ADI – KARGOLUX

Türkiyədən Azərbaycana onlayn alış-veriş saytlarından verilən sifarişlərinizin təhlükəsiz və etibarlı şəkildə gəlməsini təmin edən Kargolux bütün xidmətlərini ən uyğun tariflər üzərindən etməkdədir. Türkiyədən Azərbaycana karqo daşınmasını ən sərfəli və sürətli tariflərlə edən Kargolux bu xidməti cəmi 0.99 dollardan başlayan qiymətlərlə edir.

Əgər istədiyiniz məhsulun təcili şəkildə sifariş edilməsini istəyirsinizə, bunun üçün “Təcili sifariş” xidmətimizdən istifadə edə bilərsiniz. Bu xidmətimizi seçdiyiniz zaman xidmət haqqı olaraq cəmi 1 dollar ödəməlisiniz. Bundan əlavə olaraq verdiyiniz sifarişləriniz evinizə və ya ofisinizə-iş yerinizə gəlməsini istəyirsinizsə, bizim “Kuryer” ximdətimizdən də faydalana bilərsiniz. 

Bütün göstərilən xidmətlərdən ən yaxşı şəkildə yararalanmaq istəyirsinizsə, elə indi Kargolux.az saytında qeydiyyatdan keçin, alış-verişin keyfini bizimlə yaşayın.